Alım-satım
Mən əcnəbi millətlərin içində neçə illərlə ömr keçirmişəm; onların içində bir para pis işlər də görmüşəm, yaxşı işlər də görmüşəm. Və çünki oxucularımızın bəzisi əcnəbiləri necə ki, lazımdır tanımırlar, mən burada lazım gördüm bir məsələ barədə söhbət açam. Təvəqqə edirəm oxuyasınız.
Bu bizə məlumdur ki, necə ki, hər bir millətin, habelə də biz müsəlmanların içində hər bir məhəllədə sahibsiz yetim uşaqlar var. Bunların bəzisinin bəlkə ata-anaları da var; amma o qədər kasıbdırlar ki, bunların da uşaqlarını mən sahibsiz cərgəsinə qoyuram.
Hər məhəlləmizdə, hər küçəmizdə gördüyünüz sahibsiz uşaqlar bu saat həmi yeməyə və paltara möhtacdırlar, həmi tərbiyəyə və dərsə möhtacdırlar.
Avropa millətlərinin bir para pis işlərinin içində bir gözəl adətləri var: Axır vaxtlarda sahibsiz uşaqlara pərəstkar olmağa artıq diqqət və səy olunur. Məsələn, yetim uşaqlara məccani məktəb və tərbiyəxanalar açılır, onları bəsləmək üçün cəmiyyətlər təşkil olunur, pullar yığılır. Və bu çalışmaqlarının axırı o yerə çatacaq ki, insan adlanan insanlar içində ata-anasız bir uşaq ac qalmasın və tərbiyəsiz böyüməsin. Amma bunu da lazım bilirəm ərz edəm ki, bu cür işlər nə qədər Allaha xoş getsə, biz müsəlmanlar üçün o qədər əlverişli deyil; o səbəbə ki, heç kitabda və heç minbərdə bizə xəbər verilməyibdir ki, yetim uşağa ianə eləməyin və pərəstar olmağın səvabı bu qədərdir, axirətdə cəzası bu qədərdir.
Hər bir ibadət özü bir zəhmətdir və bir növ xərcdir. Və mən o zəhmətə və xərcə qatlaşıram ondan ötrü ki, xudayi-təala tərəfindən müəyyən bir mükafatın ehsan olmağı xəbəri verilib.
Xorasandan Daşkəndə gələn vaiz molla Həmidin başına üç yüz hammal həmşəri iş-güclərini buraxıb cəm olublar və üç gündür ki, müzakirə olunur kimə təqlid eləsinlər. Bu qədər səy və təlaş eləməkdə mən öz dərdimə qalıram, öz günümə ağlayıram. Gecə-gündüz fikrim o yerdədir ki, özümə bir gün ağlayam və məhşərdə üzüqaralar cərgəsində durmayam. Amma yetim uşağa sahib çıxmaq, ac uşağa çörək vermək, – bu harada yazılıb, bunun əvəzində axirətdə mənə nə çatacaq?
Bəli, doğrudur, Təbrizdə və Şuşa qalasında sahibsiz uşaqlara “pərəst”lik adəti çoxdan qoyulub; amma nəinki hər uşağa. Məsələn, bir gözü kor, ya qara, çopur uşağnan mənim nə işim var? Gedib otursunlar küçədə dilənsinlər.
Xeyr, əzizim, biz müsəlmanlar öz xeyr-şərimizi bilirik, – uşaqmuşaq məsələsinə girişə bilmərik. Təmiz balaları bir-iki il şagirdliyə qəbul edə bilərik və mütrib bəzəyib, oynadıb qucaqlarıq. Elə bu özü də yetim uşaqlara mütəvəcceh olmaqdır. Amma kor-şilnən işimiz yoxdur. Biz səliqəli millətik.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 25 dekabr 1911, №46
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-alim-satim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rüstəm bəyin zal otağı. Ortalıqda uzun stol, ətrafında sandalyalar üstə əyləşiblər cəmiyyəti-xeyriyyə üzvləri: başdan Rüstəm bəy ki, cəmiyyəti-xeyriyyənin sədridir; onun sağ tərəfində Zivər xanım, sol tərəfində Teymurbəy. Ondan savayı əyləşiblər: Mirzə Zeynal–millətpərəst, Səlimə xanım–müəllimə, Aslan bəy, İsmayıl ağa, Münəvərxanım, Səməd Vahid, Hüseyn Şahid, yanında məktəb şagirdi, fəsli. Kənarda, yerdə diz üstə əyləşiblər: Mirzə Məhəmmədəli, Mirzə Bəxşəli, yanında bir məktəb şagirdi, börklü. Qapının yanında üç-dörd nəfər fəqir və qeyri adamlar ki, ayaq üstə durub iclasa tamaşa edirlər. Otağın küncündə, camaata görükməyən yerdə, pərdə dalında Zəhrabəyim və Gülbahar oturub, məclisə nəzər eləyirlər. Üzvlərin hərəsinin qabağında bir vərəq ağ kağız və qələmtəraş; sədrin qabağında zəng. Adamların çoxu papiros çəkir.*R ü s t a m b ə y. Qospoda, zasedanie obyavlyayu otkrıtım.
Üçüncü məclisRüstəm bəyin kabineti. Zəhra bəyim və Gülbahar oturublar öz yerlərində. Qapıda durublar Qənbər, Qurban və Zaman.*Q ə n b ə r. Xanımlar, biz məəttəl qaldıq, bilmədik bu mal həkimindən qoyunlara dava olacaq, ya yox?!
Dördüncü məclisRüstəmbəyin və qardaşllarının haman kabinəsi. Z ə h r a b ə y i m azarlı halətində sövkənib yastığa, yanında oturub Gülbahar və yapışır anasının əlindən. Rüstəm bəy öz yerində oturub, kitaba baxır. Səməd Vahid və Mirzə Məhəmmədəli kitablarını yığışdırıb qoyurlar qutuya və az qalıb ki, qurtarsınlar Zəhra bəyim vayıldayır.R ü s t ə m b ə y (gəlir durur anasının qabağında). Ana, ay ana! (Zəhra bəyim dinmir. Rüstəm bəy yekə çağırır). Ana! Ana!
Dəli yığıncağıMƏCLIS ADAMLARI**1. H ə z r ə t Ə ş r ə f — hakim, 55 yaşında.
Başqa şairlərin şeirləri · Satira
Rusların, ermənilərin, gürcülərin xəlfələriBirliyə, mehrə, vəfaye çağırır milletini,
Ramazan ayı qurtardıBitmiş ramazan, bərhəm olur məclisi-ehsan,Nəqdin verərək, nisyə behişt aldı müsəlman,
Təbibləri həcvMehdiqulu xana*Mənə buyurmuşdun: Qoləyə gəlsin,
Əntiqə otaqMən ölüm, gəl bizə bir dəfə qonaq, Kirpi dayı!Almışıq bir təzə, əntiqə otaq, Kirpi dayı!