Naxçıvanda çıxan “Şərq qapısı” qəzetəsində maarif komissarı Həmid bəy Mahmudov bir gün gedir Naxçıvandakı bir dərəcəli məktəbi təftiş edir və görür ki, müəllimlər Mirzə Əli, Mirzə Cəmşid, Mirzə Asif, Mirzə Əsəd və Mirzə Mircəfər dərsləri saat doqquzdan yarım saat gec başladılar.

Bunu gördükdə komissar saydığımız müəllimləri nəinki bircə töhmət etməklə qurtarır, hələ bəlkə bunları həmin günkü zəhmət maaşlarından məhrum edir.

Bunnan işimiz yoxdur.

Amma bunu edəndən sonra həmən verdiyi hökmü “Şərq qapısı” qəzetəsində çapa verdirir.

Bununla da işimiz yoxdur.

Ancaq həmən hökmün axırında yazılıb: “Əslinə mütabiqdir”.

İdarədə yoldaşlarımız bu sözləri çox o tərəfə – bu tərəfə çöndərdilər. Mənasını başa düşsünlər, düşmədilər.

Amma qoçaq “Cırcırama” tapdı. Deməginən bunun mənası bu imiş:

Keçən vaxtlarda məktəblərə Nikolay ağanın müfəttişləri gəlib, gahdan bir müəllimləri zəhmət maaşından məhrum qılarmış. Amma bəzi vaxt belə müfəttişlər də olardı ki, müəllimlərdə tənbəllik görəndə bunları atalıq nəsihəti ilə düzünə salıb, qoyub gedərdi.

Xülasəyi-kəlam, elə də olardı, belə də olardı və indiki kimi Nikolay padşahın da maarif vəzirlərinin belə-belə çürük-mürük hökmləri doxsan doqquz kitaba girərdi və rəsmi cəridələrdə nömrəli və təfsilli dərc olunardı.

Biz müntəzir idik ki, indi gərək işlər köhnə işlərə bənzəməyə və azad məmləkətdə azad maarifin komissarı müəllim yoldaşları tənbəl gördükdə onları yoldaşlıq nəsihəti ilə düzəldə idi, nəinki töhmət və cərimə ilə.

Pəs əzizim, əslinə mütabiq, əslinə mütabiq-elə həmin işlərdir ki, mən burada xidmətinə ərz qıldım.

Cırcırama

Molla Nəsrəddin, №13, səh. 6, 18/II-1923

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Usta Zeynal

Muğdusi Akop adlı erməniyə böyük oğlundan teleqraf gəldi ki, Tiflisdən çıxdı. Bu cavan Moskvanın darülfünununda dörd il yarım təhsil edib, dərsini itmama yetirib, vətənə gəlirdi və həmin dörd il yarımın müddətində ancaq üç il bundan əqdəm bir dəfə valideynini görməyə gəlmişdi.Bu xəbər Muğdusi Akopu, övrətini, xırda oğlunu artıq dərəcədə şad etdi: üç ilin ayrılığından sonra universitet dərsini qurtaran övladla görüşmək xoşbəxtlikdir.

19 dəq
İranda hürriyyət

Bizim məscidin dalında, qapının səkisində əlli-əlli beş yaşında bir kişi oturub kasıblıq edir; bunun peşəsi bisavad müsəlmanlara və çox vaxt İran qəriblərinə məktub yazmaqdır. Bu kişinin adı Məşədi Molla Həsəndir.Məşədini burada yayda da görmək olar, qışda da, payızda da və baharda da.

25 dəq
Pirverdinin xoruzu

Qasım əminin övrəti Həlimə xala çörək yapırdı.Hər dəfə çörək pişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdan bir Təzəkənddən bacısı Zibeydəyə də xəbər verərdi ki, gəlib ona kömək eləsin.

4 dəq
Fatma xala

Dünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt, xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə.Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmir yolda gedən zaman pilləkanları enibçıxanda düşdü və yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü.

6 dəq

Başqa şairlərin şeirləri · Satira