İnsan və heyvan
Orucluğun yavuqlaşmağı münasibətilə
Bir var insan, bir də var heyvan.
İnsan odur ki, Allah-taala ona ağıl və şüur veribdir.
Heyvan da odur ki, Allah-taala ona ağıl və şüur verməyibdir.
Amma biz bu orucluq məsələsini zayiqəyə tapşıranda baxıb görürük ki, yuxarıdakı sözlərin mənasını gərək tərsəsinə təbir edək: belə ki, bir var insan, bir də heyvan.
İnsan odur ki, Allah-taala onu ağıl və şüurdan binəsib xəlq edib və heyvan da odur ki, sən çıxasan minbərə və qəliz-qəliz ərəb ibarələri və quran ayələri ilə min gün, min gecə inandırasan ki, otuz günün ərzində səhərdən axşamadək ac qalasan və kəsbkarını buraxıb təsbeh çevirməyə və Allahı çağırmağa məşğul olasan. Allah-taala axirətdə sənə huri istəsən huri, qılman istəsən ən gözəl və göyçəyini verəcək. Bu sözü heyvana desən, yenə sənə inanmaz; səbəb budur ki, axirətdən hələ heç kəs bir xəbər gətirməyib, amma insanla heyvanın fərqi budur ki, yekə-yekə burunlu, qulaqlı, ağsaqqal və qarasaqqal kişilər mollanın ağzından belə-belə boş vədləri eşidib inanırlar və inanandan sonra ilin tamam bir ayını iş-gücdən qalıb, səhərdən axşamadək ağızlarını göyə açıb ya Allah, ya Əli! – deyə-deyə gözəl günlərini zay edirlər.
Demək, bir var insan, bir də heyvan.
Bunların fərqi budur ki, Allahın heyvanını tək bircə dəfə yalan vədə ilə aldadanda – ikinci dəfə daha aldatmaq olmur.
Amma Allahın yazıq insanı tamam min üç yüz qırx beş ilin ərzində şarlatan sarıqlıların yalan vədlərinə hey aldanmaqdadır, hey aldanmaqdadırlar.
Biçarə insanlar!..
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 26 fevral, №9
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-insan-ve-heyvan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ola bilər ki, bəzi oxucularımız deyələr ki, “xub, bunun nə dəxli var, mətbuatın tacgüzarlığa nə rəbti ola bilər?”.Mən də, atalar deyən kimi: “Mal bir yerə gedər, güman min yerə”, mən də bir mətləbi ki, başlayıram, o mətləbi oradaca yarımçıq qoyub min yerə gedirəm; məsələn, mətbuat bayramından başlayıb tacgüzarlığa gedib çıxıram.
Xan hünəriİçib keflənmək və kefli halda at minib fəqir-füqəranın evinə soxulmaq, oğul-uşağı qorxutmaq və hətta övrətləri təhqir etmək – bunlar qədim əsrdə xan hünəri hesab olunardı. Və çünki mən özüm qədim əsrin adamıyam, xanların bu hünərini mən öz gözümlə görmüşəm. Amma indi dəxi bu işlər rədd oldu getdi. İndi dəxi “xan qalmadı”...Ay sən öləsən!..
Bir qətrə göz yaşıBir tərəfdən sarıqlı axundlar düşüblər mömin müsəlmanların canına və onları inandırırlar ki, hər kəs imam yolunda bir qətrə göz yaşı töksə, axirətdə onun cəmi günahları bağışlanacaqdır. Avam camaat da bu sözlərə inanıb, mahi-məhərrəmdə kəsbkarını buraxıb, imam yolunda ağlamaqdan gözlərini kor edibdir ki, bəlkə axirətdə onun günahları bağışlana.Bir tərəfdən də mahi-məhərrəm yavuqlaşanda avam camaatın halına yanan cavanlar başlayırlar möminlərə dəlil-nəsihət eləməyə ki, elm və sənət dalınca getsinlər, yalançı axundlara inanmasınlar, imam yolunda gözlərinin işığını zay etməsinlər, çünki min gün və min gecə də imam yolunda ağlasan, bunun sənə bir çürük qəpikcə mənfəəti ola bilməz.
Traktor və əli şiəsiTraktor ibarətdir elə bir maşından ki, onun dalına bir neçə kotan dəmirini bağlayırsan, bir saatın müddətində az qalır bir desyatin yeri əkib çıxsın başa.Əli şiəsi də ibarətdir elə bir yaranmışdan ki, onun gecə-gündüz fikri-zikri cənnətin qəbzini mollalardan yalvarıb istəməkdir.
Başqa şairlərin şeirləri · Satira
Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Parisdən-Tehrana“Irzaxan”, sən məşədi, mən hacıyam,Sən elin qəmçisi, mən qırmacıyam.
Naxçıvandan bir nəfər dostumaÖzgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,
ElanGözəl-göyçək oğlanam,Sağ olsun atam-anam.