Nəsihəti-hükəma
Bu kitabçada ədəbə dair yazılan nəsihətləri yəcucu dilindən tərcümə etmişik ki, millət uşaqları oxuyub əməl edələr, çünki insana əvvəl lazımdır ədəb, sonra dərs (Yəni bəzi rəylərə görə dərs o qədər də vacib deyil).
Küçədə gedəndə:
Küçədə gedən vaxt kitablarını divar dibində qoyub və divara dırmaşıb xalqın alma və alçasını kal-kal yığıb ciblərinə doldurma, çünki bir molla gəlib kitablarını götürüb cırar.
Küçədə qoca kişilərin papağını götürüb qaçma, itləri tutub minmə, balaca uşaqların və dilənçilərin üstə itləri küşkürtmə və qoca arvadların çadrasını başından çəkib qaçma, çünki bu işlər bir az yaxşı işə oxşamır.
Küçədə faytonun dalına atılıb minəndə səy elə ki, mürəkkəb şüşəsi əlindən düşüb sınmasın.
Məktəbdə öyrəndiyin dərsi küçədə gedə-gedə öz-özünə əzbərlə və istəyirsən ki, yadından çıxmasın, xalqın qapılarına kömür ilə, ya tabaşir ilə yaza-yaza get.
Mürəkkəb şüşəsi ilə vurub xalqın akoşkalarının şüşəsini sındırma, o səbəbə ki, ola bilər sənin öz şüşən sınsın və evinizdə dərslərini yazmağa mürəkkəb tapılmasın.
Küçədə sənə kişilər pis sözlər desələr, yavuqdan onları söymə, çünki tutub döyərlər, amma bir az uzaqlaşıb sən də onlara pis söz de.
Küçədə yoldaşların ilə dalaşanda, heybədən polad qələmi çıxardıb əlinə soxma, çünki qələmin sınar.
“Molla Nəsrəddin”, 8 sentyabr 1906, №23
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-nesiheti-hukema
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rəbiüs-sani ayının 17-ci günü Naxçıvana varid oldum. Gecəni “İslam” mehmanxanasında qalıb, rahat oldum.Həmd olsun Tanrıya “İslam” qostini iki ildir ki, bina olub. Bir az müddətdə Yevropa sayağı ilə qonaqlara hörmət və ehtiram göstərirlər. Sübh çayımı içəndən sonra durub səyahətə məşğul oldum. Yayın isti günəşi çıxıb, öz nuru ilə aləmi münəvvər eləmişdi. Və sübhün lətif yeli əsib gah-gah balaca ağacların yarpaqlarını səsləndiridi. Gəzə-gəzə Naxçıvanın məşhur “Skver” bağına tərəf yollandım və orada olan pakizə bir stulun üzərində əyləşib gələn-gedənlərə tamaşa edirdim. Bu əsnada bir nəfər qədim dostlarımdan sual elədim ki, indi Naxçıvana çox qəzet gəlirmi?
Yeni ibtidai məktəbdə Azərbaycan diliBudur, qarşımızda bir protokol vardır. Bu, Qafqaz təhsil dairəsindəki yerli əhali üçün birsinifli məktəblərin tədris planını hazırlayan xüsusi komissiyanın protokoludur (bax: “Tiflisski listok”, № 150).Protokolda göstərildiyinə görə, yeni tədris planı “bilavasitə xalq maarifi işi ilə məşğul olan və məktəbin ehtiyaclarını, habelə həyatın və xalqın tələblərinə uyğun olaraq məktəb işində nə kimi dəyişikliklərin arzu olunduğunu kifayət qədər bilən” adamlar tərəfindən tərtib edilmişdir.
Faydalı təşəbbüsAli senatın bu yaxınlarda “Tiflisski listok”da çap olunmuş sərəncamını ürəkdən alqışlamaq lazımdır, o sərəncamı ki, orada əmr olunur: 1. “Mirovoy sudların yığıncaqları mütləq təyin olunmuş saatlarda açılsın; 2. Bir saatda nə qədər işə qulaq asmaq mümkün isə, o qədər də iş təyin edilsin; 3. İddiaçıların, cavabdehlərin və şahidlərin məhkəməyə çağırılması saatları elə bölüşdürülsün ki, heç bir kəs vaxt itirməsin və onun üçün təyin olunmuş saat qurtaran kimi məhkəmə binasından çıxıb getsin”.Bununla bərabər, senat fərmanının bir neçə maddə ilə daha da genişləndirilməsi haqqında öz arzularımızı ifadə etməyə bilmirik.
Bəs Aspisova xanımın müsəlman qızları üçün məktəbi necə oldu?İki aydan sonra Aspisova xanımın Tiflisdə müsəlman qızları məktəbi açmaq icazəsi üçün ərizə verməsinin bir ili tamam olacaqdır. İndiyədək bu xahiş qəbula keçməmişdir. Bizim dəftərxanalarda öz xahişinin qəbula keçəcəyinə hələ də ümid bəsləyən Aspisova xanımın nikbinliyinə təəccüb eləməmək olmur.İş ondadır ki, bu barədə verilən ərizə Aspisova xanımın etibarlı adam olub olmadığını aydınlaşdırmaq məqsədilə bir neçə ay yerli inzibati idarələrin dəftərxanalarını gəzəndən sonra rəy üçün Zaqafqaziya müftisi və şeyxül-islamına göndərildi; onlar isə Aspisova xanıma kömək etmək və müsəlmanlar üçün əhəmiyyətli olan belə bir təşəbbüsü yerinə yetirməkdə ona kömək etmək əvəzinə, Aspisova xanımın təqdim etdiyi şəriət proqramına höcəşdilər. Qafqaz təhsil dairəsinin cənab popeçiteli müfti və şeyxül-islamın rəyinə əsaslanaraq, məktəbin açılışı məsələsinə xitam verdi.
Başqa şairlərin şeirləri · Satira
Gözəl-göyçək oğlanam,Sağ olsun atam-anam.
«Molla Nəsrəddin» təyyarəsiİki ildir ki, vəfat etmiş ərim Kəblə Cəfər,İşləyib öz başımı saxlamışam bircə təhər,
Naxçıvandan bir nəfər dostumaÖzgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,
Bərdə xərabələriO viladə bir mehriban görmədim,Gəlmişəm indi də mehriban gəzim;