Rəşt yanğınının planı
Ağayi-şəriətmədar və ağayi-molla seyid Məhəmməd Rəşti yandırmaq üçün belə bir gözəl plan çəkmişdilər ki, şəhərə dörd tərəfdən od vurulsun və qəsdi əmələ gətirmək üçün xainlər üç dəstə olmuşdular. Əvvəlinci dəstədə iş görənlər bunlar idi: Sərdar Əmcəd, şəriətmədar və molla seyid Məhəmməd; ikinci dəstədə iş görənlər: sabiqdə Rəşt mücahidi seyid Abbas, faytonçu Muxtar, maştağalı faytonçu Məşədi Baqi və Cəfər; üçüncü dəstə: İranın bakir adamlarından iki yüz veyl və bambılı.
Nə tövr olursa haman gecə nəzmiyyə hakimi Siddiqül-Hərəm irticaiyyunların bu tədbirindən xəbərdar olur və bir neçəsini həbs edir; molla seyid Məhəmmədi göndərir Tehrana, amma şəriətmədara bir söz deyə bilmir; çünki təzəlikdə rus rəiyyəti olubdur.
Xülasə, axırı xeyir oldu və hərçənd xainləri hakimi-nəzmiyyə tutub həbsə göndərmişdi; amma rus təbəəsindən Hacı Rüstəm Babayev gedib hamısını həbsdən qurtardı.
Mənim hərdənbir qulağıma bir belə söz çatır ki, guya Molla Nəsrəddin mollaları istəmir və söz axtarır ki, onlara dolaşsın. Mən bunun cavabında ərz edirəm ki, səhərlər yerimdən duranda əbədən o xəyalda olmuram ki, bir mollaya sataşım, bir mollanı pisləyim. Poçtdan kağız alıb oxuyaram və görürəm ki, mollalar, seyidlər, şəriətmədarlar istəyirlər İranı yandırsınlar, bu xəbərləri də bizə yazanlar İranı dost tutan qardaşlarımız və xeyirxah müsəlmanlarımızdır.
Nə cür yazmayaq?
Yoxsa, bizim qəsdimiz o deyil, bigünah bəndələrin adını nahaq yerə çəkib, onlara böhtan deyək. Axund molla İsmayıl Həsənzadə Vladiqafqazda məscidin iki dükanını sahiblənib deyir ki, “məscidin malı bircə mollaya halaldır, qeyrilər yox”. Bunu eşidəndə biz də götürüb yazırıq:
Mürəbbe
Onun üçün uymaz qeyriyə könlüm
Bir əcəb molladır mənim sevdiyim.
Molla nədir, seyid nədir, mələkdir,
Hamıdan əladır mənim sevdiyim.
Saqqalı sünbüldür, yanağı lalə,
Özü də bənzəyir vəhşi çaqqalə,
Qulaqları uzun, gözü piyalə,
Millətə bəladır mənim sevdiyim.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 2 may 1910, №16
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-rest-yangininin-plani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yox, əzizim, qanlı faciə bu deyil ki, Daşkənd civarında Gödək qəryəsi əhalisindən 60 yaşlı Canbəy Muradovun 14 yaşında övrəti cavan nökəri ilə qoşulub qaçır və Muradovun bir nəfər qohumu başına 15 nəfər türkmən yığır, gedir qızı və oğlanı tutur, tikə-tikə doğrayır.Xeyr, qanlı faciə bu deyil.
Təzə xəbərQardaşlar bu gün bir təzə xəbər eşitmişəm, doluşun başıma, nağıl eləyim.Bu xəbəri “Tərcüman” qəzetində oxudum. Əhvalat budur ki, baronessa Rozen adında bir nemes xanımı “Tərcüman” qəzetinin sahibinə bir belə məktub yazıb: “Cənab mühərrir, mən otuz yaşında bir övrətəm, özüm də oxumuş və dövlətli. Fikrim budur ki, bir müsəlmana ərə gedəm və islamı da qəbul edəm. Ancaq bir məsələ qabağımı kəsir: əgər mən müsəlman olandan sonra başıma çarşov salıb üzümü örtsəm, gərək dünyadan əl çəkəm və mülk-məaşımı atam ərimin üstünə. Bu da mənim üçün böyük zülmdür; çünki otuz il açıq və azad yaşayan bir şəxin başına çarşov salıb dama qatmaq – onu öldürmək kimi bir şeydir.
MollaBir gün yolum düşdü Malıbəyli kəndinə. Kəndi gəzdim və elə şeylər gördüm ki, qeyri müsəlman kəndində onları görmək olmaz.Əvvəla, burada bir məktəb var, bu məktəbdə çox oğlan uşağı oxuyur. Uşaqların ataları ilə danışıb gördüm ki, hər bir kəs ki, oğlunu oxumağa qoyub, çox razıdır ki, onun övladı elm oxuyur. Bu da görsənməyən bir işdir, çünki özgə müsəlman kəndlərində çox adamlar uşaqlarını məhz o səbəbə məktəbə göndərirlər ki, evdə bikar qalıb anasından çörək istəməsin.
Bibiheybət ziyarətgahıBakının qiblə ilə günbatan tərəfində təxminən, 7 verstlikdə Bibiheybət kəndində İmam Muzeyi-Kazimin qızı və İmam Rza əleyhüssəlamın bacısı Hökümə xatun əleyhüssəlamın mübarək qəbri mövcuddur. Bu qəbri-mübarək Bakı qoçularının və oğlan uşaqları ilə haman Bibiheybət ziyarətgahına eşqbazlığa səfər edən islam lotularının ziyarətgahıdır; necə ki tarzənlər və xanəndələr həmişə çalıb oxuyurlar:Getdim Bibheybətə, bişirdim aşı,
Başqa şairlərin şeirləri · Satira
Ey Bakı şəhrində hər tərif şayan avtobus!Sən ki, gəldin, çıxdı yaddan konka, dilcan, avtobus!
Ədəbiyyat (“Bəsdi daha “Kəlniyət!”)Bəsdi daha “Kəlniyət”,Yazma Belə yazını,
Bizim qızBilməm nə görüb məktəbi-irfanda bizim qız,Təhsili-ədəb, dərsi-dəbistanda bizim qız?
ƏdəbiyyatQurma bihudə, a Molla, bu qəder hengamə sən,Bisəmərdİr hər qədər qılsan fəğan İslamə sən.