Yad edirəm
Keçmiş fevral ayı, bundan qabaqkı fevral aylarını yada salır. Həmin keçmiş fevral aylarının biri mənim üçün xeyli əziz gündür. Həmin gün, Nikolay padşahın taxtdan düşən günüdür.
Amma mən Nikolay deyəndə onunla da işim yoxdur, çünki o padşah idi və mən də bir mollayam. Amma Nikolay o səbəbdən mənə yavıqdır ki, o padşah Allah bəndəsi idi və ruhaniləri dost tutardı. Ta o dərəcəyə kimi ki, Rasputin kimi bir fazili həmişə öz yanında saxlardı və özü də bir yana səfərə gedəndə xatunimükərrəməsinə tapşırardı ona hörmət eləsin və qoymasın ki, fazilin ürəyi sıxılsın.
O əsr – gözəl əsr idi! Heyif keçən günlərə! Mağıl şaha və fazilə hörmət və beyət var idi. Ta o dərəcəyə kimi ki, o vədə məsum rəiyyət Nikolay kimi axmağın və Rasputin kimi lotunun axmaqlıq və lotuluqlarını görə-görə elə bilirdilər ki, elə belə də gərək olsun.
Ta o vaxta kimi ki, millətin nadinc gözüaçıqları avamı başladılar qandırmağa ki, axır padşahlıq ki, var, həmişə və hər bir əsrdə zorbazorluqdan ibarət olub.
Xülasə, burada söz uzundur və bir tərəfdən də bu sözlər çox deyilib və bunu hamı bilir, daha bu söz təzə bir söz deyil. Ancaq mən onu istəyirəm deyəm ki, o vədə padşahlıq əsrilə indiki əsrin təfavütü budur ki, o vədə Nikolay kimi bir ağlı kəm bəndeyi-xuda deyirdi ki, “Mən Allah tərəfindən sizə padşah göndərilmişəm və hər nə eləsəm, siz gərək ona tabe olasınız və danışmağa ixtiyarınız yoxdur”. Və bunun nəticəsində o sarsağın başına Rasputin kimi fazil keşişlər cəm olub böyük bir Rusiya məmləkətini və o məmləkətin padşahının arvadını öz əllərində uşaq oyuncağı qayırmışdılar.
Amma indi, indi dəxi nə milləti aldatmaq olar və nə də milləti aldadan var.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 26 mart 1927, №13
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-yad-edirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bunu bilmək lazımdır ki, günahi-kəbirlərin birisi binamazlıqdır. Əgər birisi binamazlıqda israr edə, o vədə onun qətli vacibdir. Demək, bu saat küçə və bazarda gəzən müsəlmanların hamısının qətli vacibdir; çünki hamısı binamazlıqda müqəssirdirlər, yəni israr edəndirlər. İnşallah-taala onların hamısı axirətdə əzabi-əlimə giriftar olarlar.Çünki həqqi-taala cəllücəlala fərmudə ki: yövmə yətəsalənun əla mücrüminə masələküm fisəqər; yəni soruşarlar ruzi-qiyamətdə günahkarlardan: sizdən nə günah baş verib ki, duzəxə sizi kəşankəşan eləyiblər, cavab verərlər ki, bizdən bir günah baş verməyib, savayı ondan ki, bizi elm təhsil etməyə mədrəsələrə göndərdilər, rabfaka göndərdilər, texnikuma göndərdilər. Və orada möhür tapa bilmədik namaz qılaq. Və bir paramız da qılmaq istəyəndə qeyri mərdümazar yoldaşlar lağa qoyub, üstümüzə gülməyə başladılar.
Şükür eləməlidirMənim bir dayım var idi. Özü də çox qocalmışdı və çox da dünya görmüş və təcrübədən çıxmış adam idi.Allah rəhmət eləsin, dayım bizlərə çox nəsihət eylərdi. Bu da yadımdadı, hər nə qədər birisinə bədbəxtlik üz versəydi, dayım deyərdi:
Bakıdan Qarabağa. Naxçıvan malıBir ay bundan qabaq uşaqlarımın böyük bacısını və uşaqları götürdüm və beş-on manat “Nakladnoy rasxod” verib Bakı vağzalında iki yüz min növ cəhənnəm əzabı ilə bilet tapıb, minəkləri və minəklərimizi itələyə-itələyə vaqona oturduq. Kürdəmir vağzalında hava təzə işıqlanırdı. Bizim qız yuxudan oyanıb əl-üzünü yudu və başını vaqonun akoşkasından çölə çıxardıb, baxırdı.Vağzalın səkisində bir-iki bığıburma müsəlman cavanı qol-qola gəzirdilər. Bizim qıza baxa-baxa vaqonun qabağında gah o tərəfə, gah bu tərəfə keçirdilər. Birdən birisi bizim qıza tərəf göz eyləyib, yoldaşına dedi:
XəbərdarlıqBu axırıncı xəbərdarlıqdır ki, mən cürət ilə Bakının Komunxoz idarəsinə verirəm və heç zarafat da eləmirəm. Çünki Komunxoz ilə mənim heç zarafatım yoxdur.Bakının Zinoyev küçəsinin yanında bir küçə var ki, onun adını Çeçerin küçəsi qoyublar.
Başqa şairlərin şeirləri · Satira
Eldən gizli deyil bu, yetim böyümüşəm mən,Məşq edirəm qələmlə kağızlar üstdə hərdən.
Ədəbiyyat (“Kəlniyət”! Al bircə qələmdən, kağız)“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,
Yaxşı əmniyyətdir İran, həq bəladən saxlasınYaxşı əmniyystdir tran, heq beladən saxlasın,Qurd qoyunla otlayır bir yerdə itmiaan ilə.
Mirzə MehdiyəEy Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;