Bir zamanlar Kommunist küçəsinə qurşaq kimi dəmiryol xətti dolanırdı. Üçvaqonlu, üç nömrəli tramvay əjdaha kimi altdan-yuxarı, yoxuşa dırmaşanda, küçə hərəkəti qorxulu olurdu. Sürücülər bura çatanda zəngi bərk-bərk vurardılar.

İndiki kimi xoş bir yaz günortasında universitetin qabağında bir dəstə müəllim gəzişirdik. Yenicə qış sıxıntısından qurtarmış qocaman şəhərin günəşli, mülayim, durğun havası bayram kimi hər kəsi sevindirirdi. Qış libasından silkinib çıxmış, yüngülləşmiş adamlar sanki salamlaşmır, bayramlaşırdılar. Üzlərdə təbəssüm, gülüş, məmnuniyyət!

Həmin bu dəqiqədə qatar gurultusu ilə yuxarı dikələn tramvay, canavar quzunu qapan kimi, bir məktəbli uşağı altına aldı. Biz hamımız elektrik vurmuş kimi, durduğumuz yerdə donduq. Hamının qəlbindən ixtiyarsız hıçqırıqlar qopdu:

– U y !

– Vay!

– O f!

– U f!

Bu bədbəxt hadisəni görənlərin qəlbindəki təlatüm təsvirə gəlməz. Sanki bir uşaq yox, hamı təkər altına düşmüşdü. Küçənin sağında, solunda donub qalmış adamlar bilmirdilər neyləsinlər. Ən dəhşətli müharibə meydanlarından, qırğın günlərindən çıxmışlar da sarsılmışdılar.

– Uşaq!

Sürücü dərhal vaqonu saxladı. Vaqondakılar çölə töküldü, ətrafdakılar vaqonu əhatə etdilər. Hamı təkərin altına baxır, nə olduğunu, necə olduğunu yoxlamaq istəyirdi. Ancaq çoxunun da bu faciəli mənzərəyə baxmağa ürəyi, taqəti qalmamışdı, vurulmuş kimi, başını aşağı salmış, sanki sinəsindən bu saat uçub qaçmaq üçün çapalayan ürəyini tutmuşdu.

Üstümüzə enən bu fəlakət içində birdən sanki bir işıq parladı. Sifətlərə yenidən günəş doğdu: uşaq sonuncu vaqonun dal tərəfindən çıxıb evlərinə tərəf qaçdı. O, arxasına baxaraq, gülə-gülə gedir, çantasını çırpırdı. Adamlar onu əhatə etdilər. İndi buradakıların hər biri - qadın, kişi, böyük, kiçik, rus, erməni, azərbaycanlı - hamı, həyatının ən sevincli dəqiqələrini yaşayırmış kimi, həyəcandan bilmirdi nə desin, neyləsin. Kimi uşağı öpür, kimi ona konfet verir, kimi başını tumarlayır, kimi söz soruşur, kimi evinə yola salmaq istəyirdi.

Uşaq isə heç bir zaman, heç yerdə, hətta ata-anasından da görmədiyi bu fövqəladə nəvazişdən çaşıb qalmışdı. Bəlkə də heç güman etməzdi ki, ömründə tanımadığı, görmədiyi adamlar içində onu bu qədər sevənlər, əzizləyənlər, sağ-salamatlığını istəyənlər ola bilər.

İndi bizim hamımızın ürəyini dolduran şadlığın, sevincin həddihüdudu yox idi. Sanki hamımız dünyaya təzəcə gəlmişdik. Heç birimiz tanımırdıq ki, bu uşaq kimdir, kimin oğludur, adı nədir, necə uşaqdır. Ancaq bilirdik ki, indi o, bizim qəlbimizə ən yaxın, ən əziz, ən istəkli adamdır, indi hər kəs öz adını, vəzifəsini, dərəcəsini unutmuşdu. Hamını birləşdirən, böyük, əzəmətli bir ad idi:

– insan! İnsan! İnsan!

Kaş bu müqəddəs həyəcan heç vaxt, heç bir yerdə bizi tərk etməyə idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və

Məsihi5 dəq
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz

Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.

Ağababa ZühuriQəzəl1 dəq
Göy gölün xətrinə

Yayın qızmarında çıxdıq şəhərdən,Boz bürüncək kimi bürkünü atdıq.

Qasım Qasımzadə2 dəq
Müəmma: Beş yaşından on beş raha yetişdim

Beş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?

Şirvanlı Molla Qasım1 dəq