Dağ dağa qovuşmaz, insan insana qovuşar. Qədimdən adətdir: adamlar bir-birilə görüşəndə əl verirlər. Sıxılan hərarətli əllərdən hər iki tərəf yaxınlıq, dostluq, sədaqət, məhəbbət duyur. Əllərdən keçən yalnız bu hisslərmidir?

40 il əvvəl məktəbli vaxümdan ayrıldığım bir yoldaş ilə yenidən görüşmək mənə qismət oldu. İndi o, ömrünü böyük şəhərlər tikintisinə sərf edən məşhur bir mühəndis idi. Onun da saçları ağarmış, hərəkəti ağırlaşmış, səsindən uşaqlıq, simasından gənclik əlaməti uçub getmişdi. Çöhrəsində mənalı cizgilər, qalın qırışlar əmələ gəlmişdi. Dostumun silah kimi bərk əlini ovcuma alıb, diqqətlə baxdım. Bu əlləri mən uşaqlıqda, zoğ kimi zərif vaxtında, qələm tutanda, aşıq atanda çox görmüşdüm. İndi isə xeyli böyüyən, bozaran əllər xəritə kimi çal-çarpaz xətlərlə örtülmüşdü.

Dostum əlini ovcumdan çəkmək istəyirdi. Mən buraxmırdım. Baxdıqca baxırdım, sanki nadir bir kitab vərəqini oxumaq istəyirdim. Mühəndisin əllərində müxtəlif, mənalı xətlər görürdüm. Mənə elə gəlirdi ki, bu xətlərdə mən Vətənimin yeni xəritəsini görürəm. Bu xətlərdə mən güclü su gələn çayları, gur işıq gələn telləri, mahnı gələn dalğaları, ətir gələn havaları görürəm.

Ömrünü vətəndaşlarının səadətinə verən bu sadə adamın duruşu, danışığı, gülüşü, zarafatı da həyatı qədər mənalı və gözəl idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri