– Sən aparsan, üzüyünün qaşımı düşər?

– Tülkü-tülküyə buyurur, tülkü də quyruğuna... Öz vəzifəni necə xalqın boynuna yıxırsan.

Sənəm xala məcməyidəki çiyidi arıdır, arabir də ətrafdakıların işinə qarışır.

Mən onu tanımırdım. Özünü mənə tamtdı.

– Biz hələ təzəyik, oğul, - deyirdi, - arı kimi birtəhər uyuşmuşuq. Bilirsiniz, kəndli dediyin qoyun kimi hürkən şeydir.

O, qara, qalın örtüsünü başından açıb sinəsindəki almas kimi tər damlalarını silərək davam edir:

– Keçən il qolçomaqlar min cürə fırıldaq toxudular. Kolxoza min cürə yalan dedilər. El hürkdü. Mən özüm də avam adamam. Kolxozun xeyrini qanmadım. Ancaq odur, Stalin kolxozundakılar iki il içində polad kimi möhkəmləşibdir. 4000 qoyunları... 200-ə qədər mal-qara... iki traktor, maşınları, avtomobil, məktəb, xəstəxana, bağça... hər şeyləri də onun kimi. Baxırsan, ağlın gedir. Doğrudan da, adlarına layiq yaşayırlar.

– Bir az gecikmək, - dedim, - eyib eləməz, Sənəm xala! İşə can yandırsanız, planı ödəsəniz, geri qalmazsınız. Siz də zarafat edəcək adamlar deyilsiniz. Molotovçularsınız. Stalin yoldaşın bir sözü var: bolşevik həvəsilə hər şeyə çatmaq olar və hər şeyi də rədd etmək olar.

Sənəm xala sözümü kəsərək, məni anladığını bildirmək üçün danışmağa tələsir. Sol əlilə arınmış çiyid kisəsinə söykənərək mənə tərəf əyilir:

– Sənəm xalanı lap avam bilmə, Stalin yoldaş qızıl kimi söz deyib. Necə deyərlər, çobanın könlü olsa təkədən pendir tutar. El gücü, sel gücü. Biz həmişə belə qalmayacağıq ki. Odur, 540 hektar pambığımız üç gün qabaqdan əkilib qurtarıb.

– Mən dediyimi siz başa düşmədiniz. Kəndlilərin bəzisi kolxoza hökumət malı kimi baxırdı. Odur, dünən dağa qalxanda Əməzək Abbas bir öküzünü saxlayıb ki, "bu özümündür, qatmamışam, göy taxıl da özüm ündür", di gəl bunu qandır ki, balam, kolxoz kimindir, özün kimsən? Belələri kolxozu qaldırmazlar. Axsadarlar.

Sənəm xala ahəngini dəyişdirir və bir az da əsəbicəsinə danışır:

– Belə də kolxozçu olarmı? Xoca səndə, xurcun məndə, qılıncı verib, qınını saxlamaq nədir?

Əhməd əmi Sənəm xalanın yanına gəlir. O baş barmağilə qəlyanın külünü tökür, mənə bir himlə salam verir.

– Ay arvad, yenə nə doğrayırsan qonağa? Çiyidi qurtardın? Axşam iclasda ürəyini boşaldarsan.

– Ürəyimdə nə var, nə boşaldam, nə varsa ağzımdadır, deyirəm. Mənim ürəyim gümüş kimi təmizdir. Qoy ürəyində canavar balalayanlar boşaltsınlar.


Yaz səhəri yaşıllıqların arasından lalələr qızarır. Günəş şüaları altında şeh damlaları muncuq kimi parlayır. Dünən traktor və cüt heyvanlar ilə qaynaşan zəmilər bu gün dincəlir. Kəndin başında, qızıl bayrağın altında kolxoz idarəsi yerləşmişdir. Kolxozun meydançası kolxozçularla doludur. Qadınlar uzun və ayağa dolaşan tumanlarını yığaraq bir-birini basa-basa daha kip oturmağa çalışırlar. Şeypurçu və təbilçilərin arxasında düzülən pionerlər farağat komandası eşitmiş əsgərlər kimi zarafatlaşırlar. Arabir ucadan mahnı oxuyurlar.

Kolxozçular halay qurmuşdur. Halayın ortasından kolxozun qarmon səsi diqqətləri toplayır. Hamının gözü rəqs meydançasına dikilir. Bir təkliflə irəli atılan Sənəm xala su quşu kimi süzür. Ətrafda yığılanlar çırtıq vururlar.

Onlar pambıq əkin planının ödənilməsi bayramını keçirirlər. Bu sevinc minlərcə ürəkdən qopur. Bu sevincdə müəyyən bir qayə oxunur.

Yaşılkeç dağları və sıx bağ-bağçalar arasında yerləşən Kəsəmən kəndi bir kəhər at kimi kişnəyirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mühazirəçi yoldaşım

Müharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.

19693 dəq
Qoltuq radiosu

– Hərif gəldi!– Lap bizə tərəf gəlir.

19693 dəq
Yaxşı nədir, pis nədir

Bir zamanlar, sovet sənayesinin cavan, təcrübəsiz vaxtında, ölkədə yenilik, tikinti, quruculuq işlərinin gərgin olduğu illərdə sənaye mallarının bəziləri keyfiyyət cəhətdən alıcını təmin edə bilmirdi. Zavodlar çox məhsul buraxmaq, bütün əhalini təmin etmək üçün tələsir, keyfiyyətə bənd olmurdu.Mənim yadımdadır. Atam bir divar saatı almışdı, kəfgiri sallanır, səs eləyirdi, bəzən də yatırdı. Atamın da gündə bir saatı təmirə verməyə macalı, hövsələsi çatmırdı. Amma haradansa saatın azarını tapmışdı. Dayanan kimi kəfgirin kənarından ağır bir şey asırdı: köhnə çaynik, ütü, ya qaloş tayı!

19693 dəq
Mərd və namərd

Keçin? namərd körpüsündən, qoy aparsın sel səni,Yatma tiilkii daldasında, qoy süpürsün yel səni.

19696 dəq

Başqa şairlərin şeirləri