"Komsomol" məktəbi keçici bayrağı asanlıqla almadı. Rəhbərlik dəyişdi, məktəb kökündən silkələndi, komsomolçu Rəşid müdirliyə keçdi. Müəllimlər heyəti özünü topladı, atalar tərpəndi, uşaqlar dərs ətrafında arı kimi uyuşdu.

Budur, iki ay yay tətilində uşaqların becərdiyi bağça! Ataların köməyilə qurulan radio aparatı, səhərlər ağzını aləmə tutaraq deyir:

– Eşidin, dinləyin, yoldaşlar, ibrət alın: Aşqabad komsomolçuları adlarına layiq bir məktəb qurdular, məktəbdə bu il 12 qrup açılır.

Srağagün ana qoynundan çıxan körpələr sel kimi axaraq gəlir, getdikcə həvəslənir, həvəsləndikcə gəlirlər. Məktəb böyüklü-kiçikli, müəllimli-tələbəli, qızlı-oğlanlı birləşərək partiyanın tapşırığını müzakirə edirlər.

Yeni qayda ilə işləyib, yeni qayda ilə rəhbərlik et.

Atalar komitetinin Lenin ordenli yorulmaz sədri, 40 illik tərli və buxarlı əməyin qalib əsgəri Əliman əmi məktəbdə emalatxana qurdu. 48 Doktor bir diş kabineti təşkil edib, ictimai iş olaraq gününün iki saatını orada keçirir. "Ulduz" arteli işçiləri istirahət günlərini işləyib tələbələrə 154 cüt ayaqqabı təmir etdilər. Səhər komsomol komiteti, beynəlxalq gənclər günündə parlaq çıxış etdikləri üçün məktəb komsomolçularına 33 dəst yunqşturm bağışladı. "Uşaq dostları cəmiyyəti" 140 uşağın isti yeməyini boynuna aldı. Aşxanada yemək stolu ətrafına gülə-gülə düzülən uşaqlar kommunar balaları kimi bir rəngdə, bir paltarda görünürlər. Sentyabrın 15-də saf bir hava, sağlam günəş şüaları altında fabrika-zavod dairəsinin azyaşlı uşaqları hər tərəfdən axaraq, bir mərkəzə toplanırlar.

Məktəbin böyük, qırmızı darvazası bu sadə və qaynar axını nəhəng kimi udur. Qırmızı və qırılmaz bir zəncir kimi tutuşan böyük uşaq izdihamı şəhər komitetinin önündə coşqun bir sevinclə çalxalanır. Komsomolun dəyərli oğlu və şüşə fabrikasının doğma balası Qurban Qasımov tribunada görünür, məktəb günündə (15 sentyabr) açılan böyük maarif mitinqinin nəzəri Qurbanın dodaqlarına dikilir. Onun alnındakı tər damlaları gələcək mübarizə və qələbələrin xəbərçisi kimi işıldayır. O 1153 nəfərlik "komsomol" məktəb oxucuları adından raport verir:

– Məktəb müəllimlərinin 7 nəfəri (92 prosent) ad almış zərbəçidir. İctimai tərbiyəni lenincəsinə qurmaq, məktəbin maddi əsasını böyütmək, əmək intizamını bərkitmək, təhsil dəyərini qaldırmaq üçün 5 briqada ayrılmış. Bu briqadalarda 135 nəfər müəllim, tələbə - silahlanmış kultur əsgər çalışır. Tələbələr 11 istirahət gününü işləyərək qızıl-sənaye nəfinə bağışladılar. Geridə qalanları hazırlamaq üçün iki otaq, 18 komsomol ayrılmış. Dəftər, kitab bir ay əvvəldən hazırlanmış.

Bu il məktəbə 700 nəfər, 60 prosent Azərbaycan qızları, 93 prosent işçi balaları qəbul edilmiş.

Dinlə mübarizə təşkilatı bütün məktəbləri əhatə edir. Bu il məktəbi qurtaranlar fabrikanın mexanik şöbələrinə verilmiş, 7 nəfər yuxarı məktəblərə göndərilmişdir. Zərbəçi pioner briqadası yay mövsümündə 17 otağı rəngləmiş, su kanallarını təmizləmiş, sərgini yenidən qurmuşdur. Məktəb emalatxanası uşaqlara 33 kravat, uşaq yaslisinə 21 beşik vermişdir. 3 nəfər yaxşı zərbəçi Moskvaya səyahətə göndərilmişdir.

Mitinq Qurbanın dodaqlarından tökülən sözləri yox, canlı həqiqətləri dinləyirdi.

Qurban isə dililə yox, bütün mövcudiyyətilə danışırdı. Qurbanm açıq və ağ alnından qopan tər damlaları dinləyənlərin marağilə silinirdi. Kultur revolyusion qələbələrilə boy atan Qurbanın bir əsgər andilə bitən nitqi gurultulu alqışlara qarışır. Komsomolun keçici bayrağı Qurbana verilərkən sanki bütün mitinq bir səslə deyirdi:

– Bayrağı bərk tut! Bərk saxla!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri