Volqanın qucağında
Bu gecə səhər bir saat az yatdı. Tramvaylar əsrin aktiv oğullarını götürmək üçün bir saat tez tərpəndi.
Müxtəlif yerlərdə eyni hədəfə, eyni cəbhəyə hücum başlandı. Qoca Volqa diksindi, qorxdu, sahil ləpələrlə doldu.
7 xətdən hərəkət edən tramvaylar tələsdilər. Bilet soruşmadılar, zəng çalmadılar. Motorun çilovunu buraxdılar; 18 min tələbəni Volqanın ətəyinə tökdülər.
Günəş tez çıxdı, mahnılarla yoğrulmuş, poladlarda qaynamış zəncir kimi bir-birini tamamlayan hərəkətləri salamladı.
Volqa körük kimi nəfəs aldı.
Yeni ilin ilk səhəri...
Volqa sosializm kəndinin proletar şəhərinə hazırladığı məhsulu ta uzaqlardan axıdaraq bir hədiyyə kimi yeni ilə təqdim edirdi. Həm də zərbəçi şəhərin polad biləklərilə hazırlanmış sənaye malım kəndlilərə paylamaq üçün qucağına yığırdı. Gün qalxdıqca qəhrəmanların hərəkəti itiləşir, isti-isti tərlər qaynayırdı. Volqa isə sanki zərbəçilərin üzünü yelpələyirdi. Zərbəçilərin təpikləri altında oynayan gəmilər, dalğalar, anbarlar, körpülər - bugünkü hərəkətə heyrandı.
"Furmanov" adasının Qazana baxan tərəfində böyük bir anbar. Burada kolxozçu qadınların əlilə təmizlənmiş kəhrəba kimi buğda... Talibələr çirməkli dizlərinə qədər bata-bata buğda doldururlar. Onların çoxu keçən il bu zaman xırmanda taxıl ələyirdi. Bugünkü iş isə heç də köhnələrə oxşamır. Burada hər damardan qopan hərəkət bir dəstə əşya kimi ruha sancılır, ürək motor kimi çarpır, iti getməyən hər şey insana yad görünür.
Günəş buluda girir, bir qədərdən sonra qalın buludlar içərisindən parlayır. Zərbəçilər elə bil, bunu hiss etmirlər. Onlar tənəffüsə çıxmışlarsa da dərin danışıq gedir, müqavilələr imzalanır, hesabat yazılır; briqadalann səsi bir-birinə dəyərək mis kimi cingildəyir: "Gəmi ver", "qab ver", "avtobus getdi", "dayanma, durma", "doldur", "boşalt!".
Bu səslər Volqanın qulağını doldurur: körpülərdən alma, buğda, pambıq, duz tayları böyük sürətlə paraxodlara daşınır. Eyni məqsəd uğrunda iki müxtəlif hərəkət yolun ortasında yığışır, öpüşür, bir-birinə "yorulma" deyirdi.
Hesabdarlar tələsirlər, onlar onluq, yüzlük, minlik xanalarını qozqoz oynayan uşaqlar kimi bir saatda ötmüşlər, ildırım kimi dönən zərbəçilər işlədiyinə yox, işin qalanına baxır,
Keçmişi yox, gələcəyi düşünür... Zərbəçilərin iradəsindən qopan qısa əmrlər sayəsində Volqa boyu gəmi nəqliyyatı Qazan - Moskva dəmir yolu nəqliyyatı karvanını ötür. Şəhərdə Volqa boynundan gələn bu karvanı görənlər dururlar, arxasını gözləyirlər. Döngələrdə əsasma söykənən kişilər avtobusların keçməsini gözləyirlər.
Quru və su karvanı revolyusiyanın 14-cü ilinin ilk günüylə yorulmaq bilmir. Saat 3 zəngin çalanda Volqanın qulağından iki üzü yazılı bir sırğa sallandı:
27 000 t. - 28 100 t.
– Hələ, yoldaşlar, soyumayın, - deyə bir komsomolçu rəqəmləri prosentə vurur. 41 briqadadan hər biri borçunu ödəmişdir. Zərbəçilər ordusu yüksək komsomol səsilə: "Borcumuz ödəndi. Planımızı yerinə yetirdik" deyə bağırır.
Qızıl karvanı şəhərə gətirən tramvaylar zirehli vaqonlar kimi axırdı. Şoferlərin çöhrəsindən yağan haləti-ruhiyyə giqantlar cəsarətini qandırırdı. Tramvay pəncərələrindən internasional nəğməsi yüksələrək nümayiş edən şəhəri yenidən çulğayır.
İşçi ocaqlarından bayraqlar əsdi. Fabrikada dəzgah dalında çalışan Lenin nişanlı işçilərin qəlbi çarpdı. Universitetlər salama durdu. Məktəblərin pəncərələri açıldı. Kultur əməyin qalib əskərlərini hamı salamladı. Şəhər qırmızı geyindi. 14-cü ili salamlamayan ürək qalmadı.
Moskvada isə İnternasional dalğaları ətrafa yayılırdı. Radioalar qalib proletar nəğməsini Qazana gətirirdi.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-volqanin-qucaginda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İmran İçərişəhərin dar, qaranlıq, əyri-üyrü küçələrindən keçdi, daş pilləkənlərdən qalxıb yeddi nömrəli evin alçaq qapısından həyətə girdi. Həyət kibrit qutusu kimi, balaca, yaraşıqlı və kölgəli idi. Bir qadın şüşəbənddə paltar yuyurdu, bir pioner də su quyusunun qabağında, səkidə oturub, aeroplan modeli düzəldirdi.İmran dəftəri çıxarıb, ev qadınlarının siyahısını tutdu, ayın 25-də açacağı dərnək haqqında, dərs haqqında danışdı. Doqquz nəfərin adını yazdı, qayıdıb getmək istəyəndə fikrinə nə gəldisə, pionerdən bir də soruşdu:
“Myaxqiy”"Myaxqiy" sürət poyezdi. Yumşaq yataq. Təmiz yer. Yaşıllıqlar, buludlar, dağlar, binalar pəncərədən baş əyərək keçirlər... Bunu kim istəməz?...Kassir ilə dədə-babadan qanbir qohum çıxanlar bir-birinə yapışmışdılar. Növbədə birisi burnunu silmək istəyəndə hamı tərpənirdi. Mən isə kassaya yapışdım. Furajkamın kölgəliyi qırılmaq üzrə idi. Kassirin ancaq ətəyini görürdüm. O, cəld fırlanır, mənə bilet hazırlayırdı.
Mərkəz adamı"Ölərsəm, görmədən Darçın xanımda eşqimə istək,*Yazılsın səngi-qəbrimdə: ürək məhzun, can məhzun".*
QaymaqMehbalı kişinin Məşədi Möhsünlə haqq-salamı vardı. Onu zəmanənin təmiz və doğru adamlarından sayardı. Mehbalı kişi bir inəyinin məhsulunu ancaq ona satardı.Qış gecəsinin ayazında donmuş və qalınlaşmış qaymağı mis kasaya tökər, kasanın ağzını dəsmalla örtər, ovcuna alıb vağzala, Məşədi Möhsünün dükanına yollanardı.