Dağları bürüyən dumanÇənlibeli gizlətmə sən!Həzin-həzin ötən kamanŞahbulağı inlətmə sən!

Qırılar könlüm telləri,Qəmli görsəm bu elləri,Qarabağın bülbülləriQəmli-qəmli gəl ötmə sən!

Ey göz dikən bu torpağa,Qorx ki, üstünə od yağa...Sazlı-sözlü QarabağaTop səsləri dinlətmə, sən!

Bu torpağın mərdləri var,Gəlsən başına od yağar...Yol verməz sənə bu dağlar,Çəkil yoldan, ey yolkəsən!

Kafər, göz dikmə bu yurda,Verməyək quzunu qurda.Qorx ki, qəbrin qalar burdaBir də geriyə dönməzsən!

Qonşusuna xain çıxan,Tutar səni tökdüyün qan,Xəyanətə yoxdur aman,Elə yanarsan sönməzsən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən