Ən ibtida torpaq idim,Tərpənib cövlana gəldim.Dörd mələyin zatındanam,Dolana-dolana gəldim.

Əriyib yağ tək süzüldüm,Eşqi həvəslə üzüldüm,Heyranam necə düzüldüm,O bir qətrə qana gəldim.

Qan oldum yerimdə qaldım,Beş ayımda nəfəs aldım,Doqquz ayda məskən saldım,Sonra bu cahana gəldim.

Götürüb tutdular suya,Bələdilər boydan-boya,Dedilər tez verin maya,Bu tifli-nadana gəldim.

Anam layla dedi, yatdım,Hərdən yatanları oyatdım,Maya əmdim, maya tutdum,Az-az qana, cana gəldim.

Bir yaşda durdum ayağa,İki yaşda eyvan, otağa,Üç yaşımda oynamağa,Gözlədi ata-ana, gəldim.

Dörd yaşımda dedim, güldüm,Beş yaşda tərbiyə oldum,Altı yaşda qulluq bildim,Gətirdim nişana gəldim.

Yeddidə ver dəftərimi,Səkkizdə bil hünərimi,Doqquzda xeyri-şərimi,

Onda qana-qana gəldim.

On beşimdə dərsim aldım,Gələcəyi yada saldım,Elmin dəryasına daldım,Dolandım ümmana gəldim.

İyirmidə bir oğlanam,Qoy sevinsin atam, anam,Düşmənimlə bil düşmənəm,Bəslənib meydana gəldim.

İyirmi beşdə dərinəm,Olarmı işdə ərinəm,Çalışdım yaxşı görünəm,Mərfətli insana gəldim.

Otuzumda bəzənmişəm,Hər işimdə qazanmışam,Gündə üç yol dolanmışam,Mən süfrəyə, nana gəldim.

Keçdim otuz beş yaşıma,Peşman oldum savaşıma,Ağlım cəm olub başıma,Düşməyin gümana gəldim.

Qırx yaşımda var kamalım,Coşqundu əhvalım-halım,Pozulmasa bu cəlalım,Layiqdir qurbana gəldim.

Qırx beşimdə bu diləyim,Ödənmiş əskik gərəyim,Qocalığa necə deyim,Gəlməsin bu yana, gəldim.

Əlli yaşıma dayandım,Bədəndə zəiflik qandım,Sanki qəflətdən oyandım,Oyana-oyana gəldim.

Əlli beşdə geri qalar,Ağılım, huşum azalar,Oğul-uşaq gözdən salar,Düşərəm dumana gəldim.

Altmışımda vaxt namazım,Bir gün mənə olar lazım,Qismət nədi, təqdir yazım,

Qail oldum ona gəldim.

Altmış beşdə yox nübarım,Tökülüb qalmayıb barım,Xəzan vurmuş yarpaqlarım,Oldu şana-şana gəldim.

Yetmişimdə batdım yasa.Gözlədim itməsin əsa.Yaxın mənzil əsə-əsə,Dolana-dolana gəldim.

Yetmiş beşdə dolaşıram.Gün kimi dağdan aşıram,Dildə kəlməni çaşıram,O yana-bu yana gəldim.

Səksənimdə mən yatıram,Qəmə-qüssəyə batıram,Taqət yox duram-oturam,Düşmüşəm zindana gəldim.

Səksən beşdə oldum xəstə,Yatammıram döşək üstə,Qocalıq təngi nəfəsdə,Gətirdi amana gəldim.

Doxsanda artdı azarım,Neyləsin dövlətim, varım,Baxdım bağlanır bazarım,Dolandım əfsana gəldim.

Doxsan beşdə oğul-uşaq,Qonşu gəldi halallaşaq,Çətin oldu halallaşmaq,Hörmətli mehmana gəldim.

Yüz yaşında Vəli getdi,Qəssal yudu, el götürdü,Səfərim mənzilə yetdi,Girdim dondan-dona gəldim.

Ellər qılmış namazımı,Yazanlar yazmış yazımı,Səs gəldi, açdım gözümü,Bir qaranlıq dama gəldim.

Çırağımız haqdan yandı.Gördüm üç kimsə dayandı.Birisi Şahi Mərdandı.

Sitqim bağlıdı ona gəldim.

Gördüm sual ayağıdı,Əməlim mənə yağıdı.İşimin yaman çağıdı.Düşdüm pərişana gəldim.

Toxdaq verirdim özümə,Əməlim durdu üzümə,Qüvvət versələr sözümə,Axrata, imana gəldim.

Dolu badə içə bilsəm,Şəkki, səfi seçə bilsəm,Mən siratdan keçə bilsəm,Qisməti rizvana gəldim.

Sirri qaldım sirr işlərə,Əməlim olan dəftərə.Qorxulu axır mənşərəSığındım sübhana gəldim.

Ömürün axır əvvəliDiyəllər itirdik ləli.Əslim Emir Miskin VəliQul oldum Qurana gəldim.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri