Nəslində naxələf, əslində qələt,Namusu, qeyrəti, arı saxlamaz,Özünü itirən sözünü bilməz,Əyri fikir, düz ilqarı saxlamaz.

Həmişə can verən şərə-böhtana,Cəhd edər dünyanı qoysun virana,Aldanan nəfsinə, yağlı yalana,İtkin düşər ixtiyarı saxlamaz.

Meydanda, cövlanda bir ər oğlu ər,Zatında olarsa, göstərər hünər,Hər daş qızıl olmaz, hər torpaq cövhər,Hər təpə başında qarı saxlamaz.

Əlli öyrənməyən, yüzü qanmayan,Düşünməz əyrini, düzü qanmayan,Nəshət eşitməyən, sözü qanmayan,Boş beyinlər yadigarı saxlamaz.

Miskinli Vəliyəm min nəshət deyən,Böyük ziyan verər xırda kəsəyən,Sürünü batırar qurddan törəyən,Eli satar, etibarı saxlamaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri