Dünyada
Fəqiri çox əzmiş əzəldən bəri,Qaniçən, yırtıcı, yağı dünyada.Düşünməz bimürvət, dəli, sərsəri,Qullara yalatmış ağı dünyada.
Diqqətin cəlb eylə söz ustadına,Ləkə vurma başqasının adına,Saxla dili, yanma nəfsin oduna,Qurd içindən kəsir tağı dünyada.
Nəfs olmasa ağıl başdan azalmaz,Düz fikir insanı ayağa salmaz,Gözəllik yaxşıdı kimsəyə qalmaz,
Solan gördüm gül yanağı dünyada.
Çıxma doğru yoldan əyilmə yana,Aldanma nəfsinə, düşmə ziyana,İnsanın dəyməsin gərək insanaƏl-ayağı, dil-dodağı dünyada.
Lovğalıq eyləməz, özünü öyməz,Əlinə düşəndə fəqiri döyməz,Bir könül sındırmaz, bir qəlbə dəyməz,Düz yazan qaranı, ağı dünyada.
Əcəl çoxlarının daşını atar,Yüz il üzdə gəzən bir gündə batar,Düşünən beyinlər torpaqda yatar,Qoyanlar dağ üstə dağı dünyada.
Miskinli Vəliyəm düşünəm, qanam,Ehtiyatlı olsam, ağlamaz anam,Dil açsa, deyərdi sən tək insanam,Dindirdikcə hər torpağı dünyada.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-dunyada
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın
De, danışDolanım başma, olum qurbanın,Ala gözlü yanm, indi de, danış!