Qəlbimdə od yanır, gözüm axtarır,Mürvət əhli kərəm-kanı görüncə,Aşıq deyər görüncə,Dəymə qəlbim görüncə,Ovçu əziyyət çəkir,Bir ovunu görüncə.Mərdi fikrim, zikrim, sözüm axtarır,Açar süfrə, tökər nanı görüncə.

Alimdən dərs aldın anı bilməyə,Sərrafsan gövhəri tanı bilməyə,Aşıq deyər bilməyəOxu dərsin bilməyə,Sərdə kamal gərəkdi,Gördüyünü bilməyə.Sınaq etsən sən insanı bilməyə,Çox gəzərsən xoş nişanı görüncə.

Vəli, düz ilqarı ey arzu eylər,Bağban bəslər barı ey arzu eylər,Aşıq deyər ey arzu,Könül eylər ey arzu,Sevgi çatsın sevgiyə,Ver qalmasın ey arzu.Məzlum, məhbus olan ey arzu eylər,Azad günü, xoş dövranı görüncə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri