Kimdi?
Dostlar, dünya tarixini,Doğru, düzgün bilən kimdi?Ağır zülmət pərdəsini,Yerdə, göydə silən kimdi?
Bir cəbhəni dayandıran,Bir cəbhəni oyandıran,Al, yaşıla boyandıran,Gül üzünə gülən kimdi?
Doğru desək sən də, mən də,Gələn gedir vaxt gələndə,İki qardaş bir vətəndə,Payı düzgün bölən kimdi?
Diqqət verən həvəsinə,Əhsən deyir cümləsinə,Düşən tarix lövhəsinə,Həmişəlik qalan kimdi?
Vəli, düşün dərin-dərin,Aşiqini gözəllərin,Bu bəşərin, hər nəfərin,Harayına gələn kimdi?
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-kimdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Riyaziyyatçı alim Qoşqar Əhmədlinin ölümü münasibətilə yazılmışdır)*Aman fələk, aman sənin əlindən,
Neyləsin(Bu şeir sovet (rus) ordusunun Bakıda törətdiyi 20 Yanvar (1990) qırğını ilə bağlı yazılmışdır)*Eşitdim Bakının matəm xəbərin,
DeyirəmNamərd ilə köçün sürmə yaylağa,Səni yurdda qoyub köçər deyirəm.
YenəBaharın əyyamı gələr, başa-baş,Al, yaşıl bəzənər budaxlar yenə.