El içində düz dolandım,Yaxşılığım yarım oldu.Təmiz qəlbim, doğru sözüm,Doğru etibarım oldu.

Yeri gəldi nəfsim əzdim,Bir təmiz adımı gəzdim,Yarın cəfasına dözdüm,Səadət ilqarım oldu.

Özüm miskin, adım Vəli,Həqiqətə dedim bəli,Dilimin gövhəri, ləli,Qaldı yadigarım oldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq