Əl atıb dünya dərini,Bəşər üçün açan kimdi?Bilsən söylə xəbərini,Qovan kimdi, qaçan kimdi?

Meyil verən anasına,Tellərinə, şanasına,

Yurdum deyib xanasına,Düşən kimdi, keçən kimdi?

Diqqət verən haqqı-saya,Coşan selə, daşan çaya,Geniş körpü bu araya,Quran kimdi, keçən kimdi?

Qulluq edən təmiz ada,Tez yetişər xoş murada,Dost əlindən dolu bada,Alan kimdi, içən kimdi?

Vəli kimi şirin canı,Pak vicdanı, təmiz qanı,Ədaləti, haqq divanı,Sevən kimdi, seçən kimdi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri