(Qoşqar Əhmədlinin xatirəsinə)

Qoşqar getdi adı qaldı,Necə Qoşqar dağı kimi.Ayrılıq kəsdi aranı,Bir amansız yağı kimi.

Qoşqar ölməz çəkmə dərdi,Gələcəyi yaxşı gördü,İnsanlara ətir verdi,Gül, çiçək yarpağı kimi.

Elə insan olsa harda,Bir iz salar o diyarda,Yaradar da, yaşadar da,Al günəş sayağı kimi.

Unutmazlar yaradanı,Pak vicdanı, təmiz qanı,Sevindirdi hər insanı,Səadət növrağı kimi.

Vəli, düşün dərin-dərin,Həyatını hər nəfərin,Bir günü var baldan şirin,Bir günü var ağı kimi.

10.11.1975

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri