Qızlar
Yüz işvə naz ilə gedən zamanda,
Nəydi mənim üçün gülüş, a qızlar.
Bağrım başın şan-şan edən zamanda,
Qafil eşq oduna alışa qızlar.
Dolanırsan dağı, gül çiçəyin dər,
Əgər layiq bilsən dər bizə göndər.
Yanmışam oduna misli səməndər,
Pərvanətək nara sarışa qızlar.
Sağ əlində gəzdirirsən sağını,
Sinəndə görmüşəm gülgəz ağını.
Bağban olan yaxşı bəslər bağını,
Gül-bülbül çağırar yarışa qızlar.
Yaşılbaşlar gəşd eyləyər gölündə,
Şeyda fəqan eylər meyli gülündə.
Payəndazam gözəllərin yolunda,
İstəsən, sinəmdən yeriş a qızlar.
Mən Miskin Vəliyəm vardır vatanım,
O süzgün baxışın axıdır qanım.
İncimə sözümdən, sən mənim canım,
Əgər küsübsənsə, barış, a qızlar.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-qizlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey büti-tutizəban, gəl ki, məqalın istərəm,Təşneyi-didarinəm, abi-zülalın istərəm.
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
Hali-vətənUcundadır dilimin,Həqiqətin böyüyü.
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.