Yaxşı dostum, xoş dövranım,Sağ-salamat canım olsun!Əhli-halım, nazlı yarım,Sevən mehribanım olsun!

Yar yanında dolu payam,El içində haqqı-sayam,Açıq süfrəm, halal mayam,Güllü gülüstanım olsun.

Sənətimdə qəhrəmanam,Fəxr eyləsin atam, anam,Vəliyəm, bir xoş nişanam,Təmiz adım-sanım olsun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq