Bilmədim
Bəndəni əfv eyləyə millət gərək,Məbədə-meyxanə dedim, bilmədim,Başini divarə vurub, sındıranAqilə-divanə dedim, bilmədim.
Mən nə bilim qarğa xoşavazmış?Bayquşa bayquş demək olmazmış!Təlx idi övqati-şərifim bir azBayquş o heyvanə dedim, bilmədim.
Gördü filankəs yuxuda bir gecəQolboyun olmuş yatıri hur ilə.Sərxoş idim şireyi-əngur ilə,Uyquya-əfsanə dedim, bilmədim.
Bığ və səqəl söhbətin əldən salın,Eyləməyin zümm o qızıl dişləri,Əsrimizə lazım olan işləriÖyrədin oğlanə-dedim, bilmədim.
Düşməni-din göydə gəzir quş kimi,Məbədi viran edəcəkdir, əyil!Kəs səsüvi, başuva bir çarə qıl,Qareyi-Quranə-dedim, bilmədim.
Görcək əlində qəzetə Cəfərin,Rəngi pozuldu, sırığı korladı,Qeyzə gəlib bomba kimi gurladı,Ağzına qorxanə-dedim, bilmədim.
Vizri, vəbalı, günəhi boynuma,Məşdi, canım ver pulunu aclara!Peykəri üryanlara, möhtaclaraGetmə Xorasanə-dedim, bilmədim.
Hacı dadaş, salma özün zəhmətə,Ver o pulu milləti-bidövlətə,Kafər əgər borc verə bu millətə,Bənd olar İranə-dedim, bilmədim.
Uymuş əcəb qəflətə qardaşlarım,Çorta gedib, sübhü məsa yuxlayar.Mən elə bildim ki, o sir saxlayar,Sirrimi qəlyanə-dedim, bilmədim.
Atdı əlin qaimeyi-xəncərə;Durdu beş-on vurdu məni-müztərə.Mən elə bildim ki, o söz yaxşıdır,Yatma-müsəlmanə dedim, bilmədim.
On iki il ağlamışıq müttəsil,Bu günü bayramdı, gəlin bir gülək.Bəndeyi-bitəcrübeyi-kəməqilBu sözü nadanə dedim, bilmədim.
Dosta deyər dost xətiyyatınıKi, edə islah üyubbatını,Dinü vətən düşməni zənn eylədim,Möcüzə biganə-dedim, bilmədim.
Kitabxana.az · https://kitabxana.az/works/mocuz-bilmedim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çalındı suri-İsrafil və bidar oldu hər millət,Ayılmır xabi-qəflətdən hələ bu bixəbər millət.
Nə anladıq bu gəlmaqdanNə anladıq bu gəlmaqdan,Bu altı aylıq qonaqdan?
OxuyunArvadın bilsə yazıÖzü yazar kağızı,
Sizə mən neyləmişəmBaşıma zülf qoyub saqqalı yoldurmamışam,Xəlqdən rüşvət alıb kisəmi doldurmamışam,