Mərhum xaqan Məhəmməd şah Qacarın Herat səfərində Quriyanın mühasirəsinin zikri

“Elə ki, şöhrəti İskəndər şöhrətinə bərabər olan xaqan həzrətləri Quriyanın mühasirə və zəbt edilməsinə qəti hökm verdi, dünyanı lərzəyə salan ordu şə’banəl-müəzzəmin onunda dağ və səhraya meydanı təng etdi; bir aləm rəngbərəng çadır və alaçıq quruldu. Quriyanın xarici, Qəzneynin və Qurun daxilindən abad oldu. Cəsarətli adamlardan bə’ziləri qalanın üstünə çıxdılar; qalasındıran və bürcyıxan güllələrin zərbindən aşağı düşdülər.Quriyanın ətrafını şəhər alan əmirlər və igid sərhənglər arasında böldülər. Mübarək topxanaya əmirlik edən və bu rütbədə tam müstəqil olan şahsevən Həbibullah xan Əliquluxan oğlu Quriyanın şimal tərəfində yerləşdi və bu sahə ona tapşırıldı. Şəhərin cənub tərəfi iki şəqaqlı dəstənin sərtibi “Bəhadiri-cəng” ləqəbli Hacı xan Qarabağiyə məxsus oldu; qərb tərəfi, tünkabinli Vəli xan Gilaniyə, firuzkuhlu Məhəmməd Hüseyn xan Ərcüməndiyə, Səvadkuhi və Bəndapey dəstələrinə və Mazəndaran sərkərdələrinə tapşırıldı. Şərq tərəfi isə, Əmiri-tuman Məhəmməd xan İrəvaniyə və onun adamlarına yetişdi.

Mirzə Fətəli Axundzadə13 dəq
Mehriban və əzəmətli Hacı Şeyx Möhsün xan, səadətiniz daimi olsun!

Adres: Darül-kral Londonda. Dövləti-əliyyeyi-İranın səfiri, cəlal sahibi, mehriban və əzəmətli Hacı Şeyx Möhsün xan cənab- larına, Allah onun səadətini daimi etsin.*Cəlal sahibi olan cənabınız mənim xalqıma mənsub olan birinci adamsınız ki, məni tanıdınız, məni hörmətəlayiq hesab etdiniz və ömrümün bu son dövründə kədərli qəlbimin təsəllisinə bais oldunuz. Xudavəndi-aləm sizi həmişə başıuca və adlı-sanlı etsin ki, qiymətli və sevimli olan bir vücudsunuz. Allah özü şahiddir ki, elə bir gün olmur ki, sizi xatırlamayım və mənim barəmdə etdiyiniz mehribanlıq və səmimiyyətə görə fərəhlənməyim. Sizin xoşniyyətli söhbətləriniz və tə’riflərinizin sayəsində mən Tehranda nazirlər və bütün zövq əhlinin yanında şöhrət qazanmışam. Oradan bu vilayətə gələn hər kəs mənimlə görüşmək istəyir. Mənim kimi müsibət görmüş bir insana bu e’tibarsız dünyada bundan yüksək mə’nəvi ləzzət ola bilməz. Nə qədər ki, sağam, sizin bu cür məhəbbət və mehribanlığınız üçün minnətdar olacağam.

Mirzə Fətəli Axundzadə6 dəq
“Kəmalüddövlə məktubları”nın nəşri barədə İsakova yazdığım məktubun surəti

Mərhəmətli cənab Yakov Alekseyeviç!Sizin yaxşı sifətləriniz haqqında dəfələrlə tə’rif eşitmişəm. Odur ki, mən Peterburqda olan başqa nəşriyyatları nəzərə almadan, qeyd edəcəyim bir məsələ barədə bilavasitə sizə müraciət edirəm. Məndə “Hindistan şahzadəsi Kəmalüddövlənin məktubları” adlı farsca bir əlyazması vardır. Mən onu rus dilinə tərcümə edərək, indi öz tərcüməmi orijinalla bərabər, sizin sərəncamınıza göndərirəm. Bu tərcüməni əvvəldən axıra qədər oxumağı sizdən acizanə xahiş edirəm. Əgər, sizin fikrinizcə, bu kitab rus oxucuları üçün maraqlı görünərsə, o zaman bu kitabı istər orijinal halda, istərsə də onun tərcüməsini, satışdakı müvəffəqiyyətlərinə görə, bir və ya bir neçə dəfə çap etmək ixtiyarını əldə etmək üçün mənimlə hansı şərtlər əsasında saziş bağlamaq istədiyinizi mənə bildirməyinizi xahiş edirəm.

Mirzə Fətəli Axundzadə10 dəq
İkinci ayrıca məktub

Əzəmətli ağam!Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin:

Mirzə Fətəli Axundzadə1 dəq
Mollayi-Ruminin və onun təsnifinin babında

Məxdumi-mükərrəmi-mən, şeyxül-islam!Məsnəvini min əvvəlihi ila axirihi mütaliə etdim. Lihaza Avropa ərbabi-qələmlərinin səyaqınca Mollayi-Ruminin və onun təsnifinin babında öz əqidəmi bəyana gətirirəm. Bu növ bəyan, miləli-islam arasında rəsm deyil və lakin Avropada heç bir təsnif çıxmaz ki, onun və müsənnifinin xüsusunda lazimeyi-bəyan və mədh, ya zəmm və ya hər ikisi məxlutən əmələ gəlməsin.

Mirzə Fətəli Axundzadə5 dəq