Şərq fakültəsi

1920-ci ilin sentyabr ayının on ikisində darülfünunun Şərq fakültəsində imtahanlar tamam oldu və sabahı günü, yəni sentyabrın on üçündə cavan tələbə Əbdülhəsənzadə Xəlil darülfünuna gəlib gördü ki, yubanıbdır; çünki imtahan tutan tutub, tutmayan qayıdıb gedib. Əbdülhəsənzadə bir az təşvişə düşdü və darülfünunun böyük və uzun dalanında ağ rənglə ağarılmış divarlara vurulan cürbəcür elanlara göz gəzdirdi, bəlkə Şərq fakültəsinə daxil olanların siyahisini görə. Amma haman siyahi hələ divarda ola bilməzdi; o səbəbə ki, professorlar şurası ancaq o gün axşam baş tutacaqdı və qəbul olunanlar və olmayanlar məhz haman şurada bəlli olacaqdı.Əbdülhəsənzadə Xəlil heç bir yandan özünə təsəlli tapa bilməyib, üz qoydu professorlar kabinəsinə tərəf. Bunun qabağına oradan tibb şöbəsinin professoru məşhur təbib İvanov çıxdı. Məlum ki, Xəlilin bununla işi yoxdu; ona ancaq Şərq fakültəsi professoru lazım idi ki, ibarət ola, məsələn, professor Süleymanbəydən, ya qeyri birindən. Onun üçün də Xəlil məcbur oldu gedib kabinədən bunları soruşsun. Bu heyndə Xəlilin baxtına Süleymanbəy və genə Şərq fakültəsinin müdərrisi Əhməd Zəki əfəndi (çox yaxşı adamdır) çıxdılar dalana və cavanın dərdindən xəbərdar oldular. Professor Süleymanbəy qəti cavab verdi ki, daha iş işdən keçib. Xəlil başladı şiddətlə yalvarmağa və müdərris Əhməd Zəki əfəndi, deyəsən insafa gəlmək istədi və professor Süleymanbəyə yavıqlaşıb ona yavaşca nə isə dedi. Bu iki pedaqoq bir neçə dəqiqə bir-birinə pıçıldaşandan sonra Əbdülhəsənzadə Xəlili çağırdılar və müdərris Zəki əfəndi ona belə dedi:

Cəlil Məmmədquluzadə6 dəq
Taxıl həkimi

İki il bundan qabaq Pirsaqqız kəndinə, Həsənbəygilə qonaq getmişdim. Yazın axır ayı idi. Havalar gözəl keçirdi, tez-tez yağış yağırdı və göy ot dizdən yuxarı qalxmışdı. Taxıllar da çox yaxşı idi. Və hamısından da xoşbəxtlik bu idi ki, Pirsaqqız kəndinin ətrafında çəyirtkə görsənmirdi.Amma, – necə ki məlumdur, – əkinçi həmişə başıbəlalı olur və az-az ittifaq düşür ki, onun əkin-tikininə bir yandan bir afət və bir bəla toxunmaya.

Cəlil Məmmədquluzadə6 dəq
Məmmədqulubəy Kəngərlinin tərcümeyi-halı

(Əxirən həyatına fəcianə bir surətdə xatimə çəkilən sabiq topçu ofiseri Məmmədqulubəy Kəngərli)*Bu il avqust ayının 29-da Batum şəhərində Məmmədqulubəy Kəngərlinin erməni komiteti tərəfindən göndərilən ermənilər tərəfindən şəhid edildiyini duyub qəlbən ağlamayan qafqazlı bir müsəlman yoxdur. Zənn edirəm, məhz millət yolunda qurban olan belə bir vücudi-müqəddəsin tərcümeyi-halını yazmaq, bilməyənlərə tanıtmaq, onu bilən hər sahibqələmimizin, əlbəttə, ən birinci borcu idi. Nə fayda ki, indiyə qədər bu borcu yerinə yetirən bir kəs meydana çıxmadı. Doğrusu, bu hal bu qədrnaşünaslıq ümumi–millətin üstə bihədd naşükürlük töhməti qoyacağından qorxdum. Sevgili millətimə öylə böyük bir təqsiri rəva görmədim. Bu səbəblədir ki, sahibqələm olmaya-olmaya, mərhumun vətənindən minlərcə verst uzaqda ola-ola qəlbim razı olmadı ki, öylə bir mücəssəmi – həmiyyənin, fədakari-millətin tərcümeyi-halı yazılmamış qalsın. Buna görə millətin qədrşünaslığı naminə mərhumun tərcümeyi-halından bildiyim qədər yazıram:

Cəlil Məmmədquluzadə8 dəq
Erməni və müsəlman övrətləri

Biz Qafqaz müsəlmanları razı olmarıq ki, övrətlərimiz evdən eşiyə çıxsınlar və üzüaçıq gəzsinlər. Bu bir yaxşı adətdir.İndi baxıb görək ki, niyə buna razı olmuruq?

Cəlil Məmmədquluzadə7 dəq
Türkiyə məşrutəsinin keçmişindən

Türkiyə sultanlarına hələ XVIII əsrdə aydın olmuşdu ki, ümumiyyətlə, dövlət quruluşunda və xüsusilə-hərbi təsisatda olan anomaliya Türkiyənin mədəni inkişafını və habelə işğalçılıqdakı müvəffəqiyyətli hərəkətini ləngidir.Böyük sərkərdələr Napalyon və Suvorov bütün dünyaya səs saldıqları zaman, onlardan birincisinin müzəffər qoşunları Misrə, digərininkilər isə Qərbi Avropaya hücum etdikləri zaman, nəhayət, türk qoşunları Avstriya və Rusiyanın birləşmiş qoşunları tərəfindən Serbiya və Rumıniyada büsbütün darmadağın edildikləri zaman dahi Sultan Səlim salis çox aydın başa düşdü ki, onun dövründəki dövlət quruluşu Türkiyə imperiyasını açıq-aşkar uçuruma doğru aparmaqdadır.

Cəlil Məmmədquluzadə8 dəq