Dəllək

Sadıq kişinin on yaşında oğlu Məmmədvəlinin gözləri ağrıyırdı. Bir gün uşaq anasına dedi:"Axı, Kərbəlayı Qasımın oğlu Əhmədin də gözləri ağrıyırdı. Dünən Əhmədnən arxın kənarında oynuyurduq. Əhməd burun qanadan otnan burnunu qanatdı. Elə burnundan bir az qan axan kimi, Əhmədin gözləri yaxşı oldu.

Cəlil Məmmədquluzadə4 dəq
Saqqallı uşaq

Bu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də, təbaşirnən də yazır. Hələ sən kömürü və təbaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir.Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu; ondan ötrü ki, həylə sən yaxşı uşaqdan və könlün məşq eləmək istəyir, götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz.

Cəlil Məmmədquluzadə19262 dəq
Baqqal Məşədi Rəhim

Təbrizdə olduğum vaxtlar məhəlləmizdə, "Usta-şəyird" bazarında bir baqqal ilə üns tutmuşduq və hətta axır vaxtlarda dost da olmuşduq. Mən Bakıya köçüb gələndən il yarım sonra haman Məşədi Rəhim gəldi çıxdı "Molla Nəsrəddin" idarəsinə. Məlum oldu ki, Məşədi Rəhim Təbrizdəki baqqal dükanını yığışdırıb, gəlib Bakıda dərya kənarı tərəfində genə baqqal dükanı açıb.Bir neçə vaxt keçdi, daha Məşədi Rəhim yadımdan çıxdı.

Cəlil Məmmədquluzadə4 dəq
İdarədən

Məcmuəmizin nüsxələri Kitaydan başlamış Vladivastok, Xarbin, London, Parij, Misir və hətta Amerikaya kimi dağılır. O məmləkətlərin hər birində yuxarıda yazdığımız cümə məsələsini oxuyanlar öz könüllərində deyəcəklər ki, gör bu müsəlmanlar nə qədər çalışan, pul qazanan və ticarətə hərisdirlər ki, həftədə bir gün də tətil edib və dükanlarını bağlayıb ibadətə məşğul olmurlar.Bəli, xarici millətlər belə başa düşəcəklər, amma onlar bircə şeyi bilməyəcəklər:

Cəlil Məmmədquluzadə2 dəq
İstifta

Bakı qəzetləri həzrət üləmadan soruşurlar ki, hal-hazırda Bakıdakı “kür” suyuna camaatın ehtiyacları var; aya bu su pakdırmı ki, camaat içə bilsin, yainki yox?Bu istiftaya belə cavab verilib: “Mövzuatı təşxis və təyin etməkdə üləmaya ehtiyac yoxdur: avamlarda təşxis edə bilərlər. Məəzalik… suyun üstündə açıq yer var, bilfərz, mütənəccis olubsa da, yağış vasitəsilə qətiyyən və yəqinən pak olub, heç bir şəkk və şübhə yeri yoxdur. Hər kəs istəsə, gedib təhqiq edə bilər”.

Cəlil Məmmədquluzadə4 dəq
Məəttəl

Dünyada çox az ittifaq düşüb ki, birisinə cavab verməyə aciz qalam. Həmişə hazırcavab olub, hər bir kəsin sözünü haman saat rədd eləmişəm. Amma dünən bir söz məndən soruşdular və mən cavab tapa bilməyib məəttəl qaldım.Dünən küçədə nuxalı dostlarımdan birisi mənim qabağımı kəsib başladı məni məzəmmət eləməyə ki, “a kişi, hələ utanmırsan da köhnə sultanı pisləyib təzəni tərifləyirsən?” İstədim ki, dostumun cavabını verəm, tez cibindən təzə sultanın şəklini çıxardıb, tutdu qabağıma və bir az hirsləndi və başladı:

Cəlil Məmmədquluzadə1 dəq
Bəhanə

İnsanın bədəni ki, çox qocalıqdan ölməyə hazırlaşır, həmişə özü üçün qabaqca bir azar tapır və həmin azar bunun ölməyinə bir bəhanə olur, çünki onsuz da öləcək.Şuşa şəhərində yaz fəsli bir qəzet çıxırdı, yazısı ərəb hərfləri ilə idi. İndi Şuşadan yazırlar ki, qəzetin düzəni şəhərdən çıxıb getməyi səbəbindən qəzet dəxi bağlandı.

Cəlil Məmmədquluzadə1 dəq
İki alma

Axşam vaxtları gəzməyə çıxanda, hərdən bir balaca oğlumu da yanımca aparıram. Bu dəfə də apardım.Və haman balaca oğlum ilə gəzməyə gedəndə, hərdən bir ittifaq düşür ki, ona yeməli şey də alıram ki, məndən razı qalsın. Bu dəfə də balaca oğlum dükanlarda düzülmüş nazü-neməti görəndə məndən yeməli bir şey istədi. Mən o əqidədə deyiləm ki, hər dəfə uşaqla bazara gedəndə ona bir şey almaq lazımdır və lakin bunu da deyirəm ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dəfə heç bir zad almaq istəmirdim; o səbəbə ki, cibimdə pulum yox idi. Və bir də istəmədim ki, uşağım hər dəfə bazara çıxanda dadamal öyrənsin.

Cəlil Məmmədquluzadə19263 dəq
Hamama

– Hara gedirsən, Məşədi Məhəmmədnəcəf?– Hamama.

Cəlil Məmmədquluzadə1 dəq
Nə eləmək?

Duma da ki, belə oldu.İndi bəs nə eləmək?

Cəlil Məmmədquluzadə3 dəq
Meşədə

Bekker bir ingilis alimidir. Bu cənab 1889-cu ildə gedib Afrikanın hər bir yerini gəzib. Hər bir meşələrini dolanıb və meşələrdə qalan bəni-noi-bəşərin əhvalatını cəm eləyib ki, axırda bir kitab yazsın.Həmin Bekker bu günlərdə Misirin Qahirə şəhərindən idarəmizə bu məzmunda bir kağız yazıb göndərib:

Cəlil Məmmədquluzadə2 dəq
Tapmaca

“Dəbistan” jurnalının əvvəlinci nömrəsinin 16-cı səhifəsində bir belə tapmaca yazılıb:Üçü bizə yağıdır

Cəlil Məmmədquluzadə1 dəq
Cəfəngiyat

Mənim ağlım lap çaşıb. Hamı başını salıb aşağı, öz işinə məşğuldu: əkinçi əkinini əkir, alış-verişçi alış-verişini eləyir, xanlar quş ovuna gedirlər, mollalar siğə edirlər, qəzetçilər qəzetlərini yazırlar, müxtəsər ki, hərə başını aşağı salıb, dinməz-söyləməz, sakit və samit öz işlərindədir, amma mən başıbəlalı, mən bəndər-bəndi, mən Allahın nəzərindən düşmüş, mən bədbəxt lap dəli-divanə olmuşam.Mənasız, cəfəng, damdandüşmə söz qalmadı ki, məndən çıxmamış olsun. İndi də bir bir belə söz fikrimə gəlib. Amma, mən ölüm, hayküy salmayın; qoyun sözümü deyim, qurtarım, siz də oxuyunuz və oxuyandan sonra bir az da fikirləşin, yenə fikirləşin, axırda hər nə cavabınız olsa, deyin.

Cəlil Məmmədquluzadə5 dəq
Batdağ

Bir neçə dəfə qəzetlərdə oxudum ki, “Füyuzat”ın bağlanmağına səbəb “Axund Çəyirtkə” olubdur. Amma oxudum və çox təəccüb elədim; ondan ötrü ki, axund Çəyirtkə bir balaca, məzlum, zəif və mülayim çəyirtkədir və bu çəyirtkəni biz çoxdan tanıyırıq. Bu bir qulluqçu çəyirtkədir və ixtiyarı özündə deyil: ağa buyurur “sür dərəyə – sür dərəyə!”, vəssəlam.İndi görək niyə “Füyuzat” bağlandı.

Cəlil Məmmədquluzadə4 dəq
Babilər

Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. Dəyirmanların sularını kəsiblər ki, dəyirmanlar yatsınlar. Şəhərin ətrafını atlılar bürüyüblər və hər yandan tərəddüd kəsilib. Məşrutə tərəfdarlarının övrət-uşaqlarının tələf olanı olub, olmayanı Ermənistana pənah aparıblar. Bağmeşə, Bilanku, Pürsənku, Xiyaban, Bazarçay, Maralyan məhəllələri təmamən dağılıb talan olublar.Burada bir mətləb var.

Cəlil Məmmədquluzadə2 dəq
Tədarük

Müsəlmanlar bərk tədarükdədirlər. İndidən hər kəs ki, tanış kəndlilərindən birinə rast gəlir, qaçıb kəndlinin qabağını kəsib deyir:– Qasıməli kirvə, əlbəttə bizə gərək iki put xalis inək yağı gətirəsən, amma üç həftəyədək gərək yetirəsən… əlbəttə-əlbəttə!

Cəlil Məmmədquluzadə2 dəq
Məscidlər

Hamıya məlumdur ki, bu axır vaxtlarda Qafqazın müsəlmanları gözlərini açıb başlayıblar hey bir ucdan məktəb binası qoymağa və indiyədək üç ilin müddətində bütün Qafqazda dörd və bir rəvayətə görə, beş yerdə məktəb açılıbdır. Bu beş məktəbin üçünü iranlılar və ikisini qafqazlılar açıb və bundan savayı hələ eşidirik ki, bəzi şəhərlərdə yenə təzə məktəb söhbəti var.Aşkardır ki, bu qədər məktəbin varlığı qafqaz müsəlmanlarının tərəqqisinə bir böyük dəlildir. O səbəbə ki, bir yerdə ki, iki il bundan irəli bircə dənə də məktəb yox idi – bu beş məktəbi biz gərək çox və çoxdan da çox hesab edək; çünki necə olsa, yenə beş, heçdən çoxdur.

Cəlil Məmmədquluzadə3 dəq
Kimlərdir?

Kimlərdir rus qoşununu indiyədək İranda saxlayan? Mən deyəcəyəm: “Belə bizim başı əmmaməli müctəhidlərimiz və övladi-peyğəmbərlərimiz” amma sən deyəcəksən: “Yox”. Mən deyəcəyəm “hə”, sən deyəcəksən “yox”.Bundan nə çıxacaq? Mən belə deyəcəyəm, sən elə deyəcəksən. Yaxşısı budur, əzizim, bir az hövsələni dər, mən nağıl edim, sən də qulaq as, dəxi niyə ürəyini sıxırsan?

Cəlil Məmmədquluzadə1 dəq
Təsəlli

Bir dərd var ki, yerə-göyə sığışmayan, ürək yandıran, insanı vərəmlədən, səbr və təskinlik bilməyən; məsələn, birinin əziz bir övladı əlindən gedə!…Amma elə də olur ki, birisinin başına bir müsibət gələndə, yenə bir yandan bir qəlb təskinliyi olur: əgər sənin elə bir övladın var idi ki, səni də, qonşularını da təngə gətirmişdi, əgər sənin elə bir qardaşın əlindən gedib ki, həmişə ona baxanda utanardın; əgər sənin elə bir qohum və yavıq adamın vəfat edib ki, sənin üçün həmişə xəcalətlik mayəsi idi, – sən belə bir fövtü dərd edəndə, sənə deyəcəklər ki, “a balam, çox da qüssə eləmə, o başı küllünün dünyada yaşamağı sənin üçün onsuz da bir dərd və bəla idi. Dəxi təsəlli tap, dəxi çox ağlama!”.

Cəlil Məmmədquluzadə3 dəq
Çiçək

Bir müsəlman kəndinə, müsəlman məhəlləsinə “çiçək” kimi müalicəsi asan bir uşaq naxoşluğu düşəndə yazıq uşaqlar bir-bir başlayırlar qırılmağa. Çox vaxt olur ki, naxoşluq elə o vədə qurtarır ki, dəxi o kənddə, o məhəllədə bir nəfər də uşaq qalmır.Məlumdur ki, çiçək naxoşluğunu o uşaqlar tutur ki, onlara “çiçək” döyülməyibdir.

Cəlil Məmmədquluzadə4 dəq
Təbiət

Qırx beş ildir rəməzanı həmin şəkildə görürəm ki, hali-hazırda vardır: görürəm ki, tamam əhali səhərdən, axşama yarım [saat] qalanadək yuxudadır; tiçarət bağlı, darülfənn və darültərbiyələr qapalı, qiraətxanalar boş, idarələr məəttəl, tərəddüd yox.. .Elə ki, iftara yarım saat qaldı, mömünlər ayılıb gözlərini silirlər və bir qədər oğul-uşaqla bədrəftarlıq və qapıya gələn saillərə kəmhövsələlik göstərəndən sonra, yeyib-içmək əsbabını fərahəm gətirməyə məşğuldurlar.

Cəlil Məmmədquluzadə1 dəq
Pulların danışığı

Əgər pul mübahisəsi Quba meydanında düşəndə biz heç buna təəccüb etmirik, amma iki vəzir pul üstə biri-biri ilə deyişəndə daha bu özgə bir iş olur.Maliyyə vəziri, yəni pulların hamısının vəziri Elektrotok idarəsinə doqquz yüz milyon işıq pulu göndərir. Elektrotok idarəsi deyir: “Bu pullar təzə Zaqafqaz pullarıdı, mən bu pulları götürmürəm, mənə kurs ilə Şura pulu gətiriniz.

Cəlil Məmmədquluzadə1 dəq
Moizə

– Biz aciz bəndələrə heç bir vəch ilə ixtiyar verilmir çox arvadlılığın yaxşılığı və pisliyi barəsində fikir və xəyalata düşmək və mübahisəyə girişmək.– Sənin borcundur bu məsələləri eşidəsən və öyrənəsən. Qasım bəy məscidində, oranın vaizlərindən.

Cəlil Məmmədquluzadə1 dəq
Dirsək bilər

Mənə əmr etdiyin sözlərə qarşı mənim heç bir etirazım yoxdur: İsrafı qaldırmaq? – baş üstə. Qənaət yolunda səy etmək? – bu da göz üstə. Bunlar hamısı mümkündür və burada heç kəsin sözü ola bilməz və bu yolda hər bir mübarizə mümkündür: israfdır eləməzsən, rədd olar; qənaətdir gözlərsən, olar.Ancaq bircə məsəl qabağında bəndeyi-həqir aciz və sərgərdan qalıbdır; əgər bu məsələni həll edə bilsəm, həm qənaət və israf məsələlərini həll etmiş olaram, həm də yüz il yaşaram.

Cəlil Məmmədquluzadə2 dəq
Allah vardır

Varmıdır Allah?Bu qəbil sözlər axır vaxtlarda tez-tez danışılır.

Cəlil Məmmədquluzadə2 dəq
“Cəmdək”

Avam arasında “cəmdək” – heyvan ölüsünə deyirlər. Söhbəti burada qoyub, qeyri məsələnin müzakirəsinə keçmək istəyirəm.Dünən küçədə bir müsəlman qardaş məni dayandırıb üzr istədi və soruşdu:

Cəlil Məmmədquluzadə2 dəq
Kovdanlar

“Kovdan” qanmaz adama deyərlər. Bu istilahı mən birinci dəfə Mirzə Fətəli Axundovun kitabında görmüşəm. Orada birisi üzünü bir nəfər bizim azərbaycanlıya tutub deyir: siz qəribə “kovdan adamsınız”.O vaxt mən qəlbən kitab sahibindən bir növ rəncidə xatir oldum; çünki atadan və babadan mən özüm azərbaycanlıyam, onunçün də mənim qeyrətim bir az mıqqıldadı.

Cəlil Məmmədquluzadə2 dəq
Bəxt lazımdır

Ağstafada dəmir yol işçilərindən Məhəmməd Hacızadə ən zəhmətkeş bir adamdır:1) Zəhmətkeşliyinə dəmir yol idarəsindən əlində vəsiqəsi var.

Cəlil Məmmədquluzadə1 dəq
“İrşad” çıxır

“İrşad” – “Proqres”qəzetləri üçün tərtib olunmuş müdiriyyət heyəti ümum əhaliyə elan edir ki, “İrşad”-”Proqres” qəzetlərini nəşr etmək üçün bina olunmuş şirkət bu noyabr ayının 17-dən, şənbə günündən “İrşad”qəzetini nəşr etməyə şüru edəcək: Qəzet həftədə üç dəfə çıxacaq; lakin qəzetin cəsamət və formatı böyük rus qəzetləri cəsamətində olacaq; müsəlmanların cümlə ürəfa və danişməndləri “İrşad” da iş görməklə bərabər daim mühərrirlik üçün ən ümdə yazıçılarımız cəlb olunmuşdur. “İrşad”a sabiqdə müştəri olanlara qəzet yanvar ayınadək müftə göndəriləcək. Abunə qiyməti Bakı üçün birilliyi altı manat, altıaylığı üç manat yarım: mədənlər və qeyri şəhərlər üçün birilliyi yeddi manat, altıaylığı dörd manatdır. Qəzetin idarəsi sabiqdə olduğu yerdə, yəni Qubernski küçəsində Dadaşovun evindədir.“Molla Nəsrəddin”, 18 noyabr 1907, № 43*

Cəlil Məmmədquluzadə1 dəq
Müştərilərimizə

Abunə məsələsi İranda çətin məsələdir. Rusiyada biz buna adət etmişik ki, abunə olanlar dəftərə yazılan saat abunə pullarını verib qəbz alırdılar. Amma İranda vəz özgə şəklə düşüb; çünki burada qədim vaxtlardan ta bu günə kimi ruznaməyə pul verməyi hədər bir şey hesab eləyiblər və bu səbəbdən abunə pullarını qabaqca vermək səhldir, axırda da hıqqana-hıqqına veriblər.Biz İran abunəçilərini qınamırıq; çünki həmişə mümkündür ki, qabaqca birisi pulunu versin və sonra da ruznaməni əcəl dərk eləsin. Bəs onda necə olsun, heç kəs puldan əl çəkməyə hazır deyil.

Cəlil Məmmədquluzadə1 dəq