Moizə
– Biz aciz bəndələrə heç bir vəch ilə ixtiyar verilmir çox arvadlılığın yaxşılığı və pisliyi barəsində fikir və xəyalata düşmək və mübahisəyə girişmək.
– Sənin borcundur bu məsələləri eşidəsən və öyrənəsən. Qasım bəy məscidində, oranın vaizlərindən.
– İstər fəcaətən o dünyaya getdin, istər aylar ilə xəstə oldun, bu straxovoydu, nədi? Onun təbiblərinə ümidvar olma!
– Gördün ki, sənin dalında bir sahibsiz uşaq acından ağlayır, ona söylə:
Allah özü kömək olsun.
– Bir övrəti ki, sən ona təlaq vermək istədin, onun üccə gün iddəsi var ki, səndən çörək istəsin və ondan sonra sən azadsan.
– O suyu ki, hər gün və hər gecə kəndli sarayından küçəyə cari olur, həmən su elə üfunət verir ki, bilmirsən bundan zəfəran qoxusu gəlir, ya Ağdam sabunu qoxusu gəlir:
– zamani ki, şərabı o qədər içdin ki, keyfləndin, o vədə qadınlarla o qədər rəqs elə ki, sübhi-sadiq zamanı səni orada rəqs edən görsünlər.
– zamani ki, on iki yaşında bir çocuq məktəbə daxil oldu, bir ildən sonra həmən çocuq şairlik rütbəsinə çatıb, gündə bir şeir yazmağa müğtədir olacaq.
– Əgər bir kooperativ müdiri xəyanət və pul yemək üstə qulluqdan kənar olursa da, yenə Allaha şükür edir ki, birinci ayın müddətində ki, kooperativdə qulluqda oldu özü üçün ömürlük mal və mənal sahibi oldu.
Dəli
“Molla Nəsrəddin”, 2 yanvar 1926, №1
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-moize
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Allahü əkbər, Allahü əkbər! Məni bir başa salan yoxdur ki, təzə hökumətimizin xariciyyə vəziri Milyukov axır nə deyir. – Deyir ki, gərək İstambuldan türkləri yerli-dibli qovaq. Dardanel boğazını tutub onlardan alaq!..Allahü əkbər, sübhanallah!
Zənciri-müqəddəsAprelin 15-də Bakıda əmələ gələn yığıncağın Molla əmiyə iki mənfəəti oldu: biri budur ki, təzə bir “qurultay” sözü qazandıq. Hərçənd qabaqca bir az ülkən kimi oldum, amma tez vaxtda adət elədim. İndi bu saat elə bilirəm, elə atam-anamdan öyrəndiyim sözdür.Doğrudur, çox yerdə müsəlman qardaşlar bir çox başlar sındırdılar, bir çox lüğət kitabına baxdılar ki, qurultayın vətənini öyrənsinlər. Amma nə fars, nə ərəb kitablarında bir işarə tapa bilmədilər və tapa bilməzdilər də; çünki “qurultay” sözü tək bircə Dağıstan tərəfində [.. . ] qardaşlarımızın cığataylı əmi oğullarının arasında Nadir şah əsrində işlənən söz.
BayramlarDünən getmişdim poçtxanaya atama pul göndərəm, Poçtun qapıları bağlı idi. Soruşdum:– Nə səbəbə?
Müsəlmanlar silahlanırMöhtərəm oxucularımıza məlumdur ki, bu axır vaxtlar bizim əziz və mehriban erməni qonşularımız dünya və aləmə çığır-bağır salıblar ki, ay aman, qoymayın müsəlmanlar silahlanırlar ki, bu gün, sabah osmanlılar Qafqaza hücum edəndə bunlar da onlara qarışıb birdən tökülsünlər və xaçpərəstləri qırıb qurtarsınlar.Bu söhbətlərin nəticəsi o oldu ki, Qarsda, Tiflisdə və bir para qeyri yerlərdə soldatlar, doğrudan da, müsəlmanlardan bədgüman olub başladılar fəqir-füqəraya əziyyət eləməyə.
Başqa şairlərin şeirləri · Satira
“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,
Sabirabad pirinəKimdir şəkk eləyən Sabirabad möcüzünə?Gəlməyibdir belə bir möcüzə dünya üzünə!
Mö’minlərəQibləgahım, dinpənahım, bəxtəvər mö’minlərə,Hərzə, hədyan söylərəm hər ləhzə xor mö’minlərə.
XəstəlikLovğalara*Ey qələm dostum, inan, pis xəstəlikdir lovğalıq,