Təbrizdə olduğum vaxtlar məhəlləmizdə, "Usta-şəyird" bazarında bir baqqal ilə üns tutmuşduq və hətta axır vaxtlarda dost da olmuşduq. Mən Bakıya köçüb gələndən il yarım sonra haman Məşədi Rəhim gəldi çıxdı "Molla Nəsrəddin" idarəsinə. Məlum oldu ki, Məşədi Rəhim Təbrizdəki baqqal dükanını yığışdırıb, gəlib Bakıda dərya kənarı tərəfində genə baqqal dükanı açıb.

Bir neçə vaxt keçdi, daha Məşədi Rəhim yadımdan çıxdı.

Bir gün bulvarın qabağı ilə keçirdim, gördüm bir səliqəli baqqal dükanında dostum Məşədi Rəhim əyləşib alış-veriş eləyir. Girdim içəri. Məşədi Rəhim durdu ayağa, gəldi məni qucaqladı, altıma kürsü qoydu. Az qalırdı ki, kişi məhəbbətin çoxluğundan uşaq kimi ağlasın. Məni boşlayıb, Məşədi Rəhim cəld qaçdı dükanın mətaından əvvəl bir neçə alana gətirdi, ovcunda tutdu qabağıma. Mən istədim almayam; amma "mən ölüm"lə Məşədi Rəhim bu alanaların üçünü mənə yedirtdi. Sonra getdi, ovucları tutduqca bir neçə ağ alma gətirdi qoydu qabağıma və dedi:

"Bax, bu almalar anton almasıdı. Qoy bundan bir qədər göndərim, ver uşaqlar yesin." Bu sözləri deyə-deyə Məşədi Rəhim bir yekə kağız torbasına bu almadan doldurub qoydu tərəziyə. Almadan sonra Məşədi Rəhim dükana göz gəzdirib, getdi ovcunda iki xurma gətirdi, tutdu qabağıma:

"Bax, bu xurma Bağdad xurmasıdı. Plovun qarasına qoydur, ye, elə bil ki, məcundu." — Və əlinə bir kağız torbası alıb, istədi içinə xurma doldura.

Söz yox, bunu lazımdı nəzərə almaq ki, mən buraya alış-verişə gəlməmişdim və hər halda bu şeyləri almağa nə meylim vardı, nə də cibimdə ona görə pulum vardı. Və o biri tərəfdən də Məşədi Rəhim o şivə ilə ki, başlamışdı, deyəsən dükanın hamısını elə bu saat tərəziyə qoyub, mənə satmaq xəyalında idi. — Dedim:

"Məşədi Rəhim, sən elə eləmə və bu nahaq zəhməti də çəkmə. Bu şeylərin heç birisi mənə lazım deyil və plovun qarasına xurma qoymağı mən çoxdan yadırğamışam. Və bu şeyləri də ki, sən çəkib düzürsən bura, bunların pulunu verməyə heç mənim cibimdə tavana da yoxdur."

Məşədi Rəhim dik baxdı üzümə; amma elə baxdı ki, bilmədim mənim sözlərim onun xoşuna gəldi, ya acığına gəldi. Bir az da baxandan sonra dedi:

"Molla dayı, sən o sözləri mənə demə; çünki o sözlər mənə toxunur. Allah şahiddi ki, biz sənnən neçə ildi ki, bir evli kimiyik. Mən heç sənnən pul istəmirəm. Bax, qoy mən bu şeylərdən sənə bir qədər verim, apar qoy evində qalsın. Nə eybi var, bugun lazım olmaz sabah lazım olar. Evdi, evin qonaq-qarası olar. Belə şeylər həmişə ələ düşməz. Bax, bir-iki girvənkə bu püstədən qoyum; təzə Mazandarandan gəlib. Çox da ucuzdu. Bu il püstənin ilidir. Üç-dörd girvənkə bu pendirdən qoyum: Gəncə pendiridi, çox da yeməlidi, yekcə yağdı. Bu şabalıtdan on girvənkə çəkim, nuxalı rəfiqim Məşədi Sadıq təzəcə gətirib. Bax, bu sədri düyüsündən istərsən bir put, istərsən yarım put apar; Rəştdən öz əxəvim Məşədi Kərim seçib göndərib. Amma evdə gərək tapşırasan ki, pişirəndən bir gün qabaq suya qoysunlar. Amma zalım oğlunun düyüsü nə qədər desən gəlimlidir."

Məşədi Rəhim bu sözləri dedikcə bir kağız torbaya anton alması qoyub çəkdi, bir kağız torbaya xurma qoydu çəkdi, bir qədər püstə qoydu, pendir qoydu, şahbalıt qoydu, iki yekə torba düyü qoydu çəkdi və genə istəyirdi əlini uzatsın kağız torbasına tərəf, mən dedim:

"Məşədi Rəhim, sən zarafat eləyirsən, ya doğrudan bu çəkdiyin şeyləri məndən ötrü hazırlayırsan?"

Dostum genə üzümə dik baxdı və dedi:

"Bax, Molla dayı, and verirəm səni mabeynimizdə olan sədaqətə, əgər evinizdə qənd var, xub, olsun; əgər yoxdursa, beş-on girvənkə yarmarka qəndi apar. İki paçka qoyum; hər biri beş girvənkəlikdi, ikisi on girvənkədi…."

Cəmi bu şeyləri Məşədi Rəhim yığdı səbətə, küçədən bir hambal çağırdı, cibindən iki şahı pul çıxartdı verdi hambala və dedi:

"Əlihüseyn, bu şeyləri apar Molla dayının mənzilinə. Şeyləri boşalt, səbəti gətir dükana."

Mən məəttəl qaldım və Məşədi Rəhimə dedim:

"Məşədi Rəhim, sən niyə belə elədin və mən heç başa düşə bilmirəm ki, bu nə işdir."

Ola bilərdi ki, bu şeyləri dükanda qoyub çıxıb gedə idim; amma bunu eləmədim. Bircə səbəbə: Məşədi Rəhim çox yalvardı; o qədər yalvardı ki, kişiyə yazığım gəldi.

Hambal səbəti dalına atıb baxırdı üzümə ki, düşüm qabağa; amma mən də istədim ki, mənsiz getsin. Burada da məlum oldu ki, zalım oğlu bizim evi tanımır. Əlacım kəsildi.

Evə yavıqlaşanda qonşuluğumuzda bir tanış rus arvadı dalımca hambalı bu şeylərlə yüklənmiş görəndə gülə-gülə "zdrastı" deyib keçdi. Bunun gümanı iki yerə gedə bilərdi: ya xəyalına gələ bilərdi ki, ev adamımızın birinin ad günüdü, ya da anadan olan günüdür; ya güman eləyə bilərdi ki, mənim güzəranım çox yaxşı keçir. Halbuki bu iki gümanın ikisi də batil idi.

Evə lap yavıqlaşdıq. Hambal da dilləndi və dedi:

"Molla əmi, maşallah, qəribə yeməli mal almısan. Yəqin ki, bugun qonaqlıq eləyirsən?"

Mən burada hambaldan çox utandım və utanmağımın da səbəbi bu idi ki, mən, köhnə bir türk yazıçısı, bu halətdə və bu dəqiqə bir evdar qarınqulu məşədiyə oxşayırdım.

Sonralar Məşədi Rəhimə bir dəfə bir qədər pul göndərdim. Qalan borcunu da bu yavıqda üzdüm.

Во время пребывания моего в Тебризе в нашем квартале на базаре «Уста-Шагирд» я познакомился, а затем коротко сошелся с одним бакалейщиком.

Спустя года полтора после того, как я переселился в Баку, Мешади-Рагим вдруг появился в редакции «Молла-Насреддина».

Оказалось, что Мешади-Рагим свернул свою бакалейную торговлю в Тебризе и, приехав в Баку, открыл новую бакалейную лавку на Приморском бульваре.

Прошло некоторое время, и я позабыл о Мешади-Рагиме.

Однажды я проходил по бульвару и вижу — мой друг, Мешади-Рагим, сидит в аккуратненькой лавочке и торгует. Я вошел. Мешади-Рагим встал, подошел ко мне, обнял, придвинул стул. Бедняжка чуть не плакал от наплыва чувств.

Оставив меня, Мешади-Рагим побежал в другой конец лавки и принес на ладони несколько аланы. Я не хотел было брать, но Мешади-Рагим упросил-таки меня съесть целых три штуки.

Затем он принес яблок, сколько могло поместиться у него на ладонях, и разложил их передо мной.

— Это антоновские яблоки, — сказал он. — Разреши послать таких яблок тебе на дом, пусть дети полакомятся.

И Мешади-Рагим принялся тут же наполнять большой бумажный мешок этими яблоками. Потом взвесил на весах.

Покончив с яблоками, Мешади-Рагим оглядел свою лавку и принес мне на ладони два финика, подержал передо мной и сказал:

— Это из Багдада. Пусть положат в приправу к плову. Вот поешь, тогда поймешь всю прелесть этих фиников.

Он взял бумажный мешок и начал наполнять его финиками.

Конечно, надо было принять во внимание, что я зашел сюда не для покупок. Во всяком случае, я не собирался покупать эти вещи, да и денег при мне не было достаточно. А Мешади-Рагим так суетился, будто собирался сию же минуту положить на весы всю лавку и продать мне.

— Не надо, Мешади-Рагим, — попытался я остановить его.— не утруждай себя. Ничего из этих вещей мне не надо, и я давно отвык от фиников в приправе к плову. И потом мне просто нечем платить за все эти вещи.

Мешади-Рагим в упор посмотрел на меня, но посмотрел так, что я не мог понять, доволен он моими словами или сердится за них. Поглядев на меня так с минуту, он сказал:

— Дядя Молла! Не говори мне таких слов, потому что они меня обижают. Аллах свидетель, столько лет мы с тобой как члены одной семьи. Я и денег от тебя не хочу. Разреши отвесить тебе этих вещей, отнеси домой, пусть лежат про запас. Сегодня не понадобятся, завтра пригодятся. Дом есть дом. Могут быть гости, мало ли что. Такие вещи не всегда найдешь. Вот положу я тебе этой фисташки фунта два, недавно получена из Мазандарана и стоит очень дешево. В этом году урожай на фисташки. Фунта три-четыре дам тебе этого сыра, гянджинского, такой сыр, что пальчики оближешь. Каштанов отвешу фунтов десять. Их привез только что из Нухи мой друг Меша-ди-Садых. Вот этого риса садри возьми, хочешь пуд, а нет — так полпуда. Его прислал из Решта мой брат Мешади-Керим. Рис отборный, но не забудь предупредить дома, чтобы за день до варки положили в воду. При варке рис становится особенно пышным.

Говоря все это, Мешади-Рагим наполнил и взвесил мешок яблок, затем мешок фисташек, отвесил сыру, каштанов, в два больших мешка насыпал и взвесил рис.

— Ты что, Мешади-Рагим, — остановил я его, когда он потянулся за новым бумажным мешком. — Ты шутишь или в самом деле готовишь все это для меня?

Друг мой снова посмотрел на меня в упор.

— Дядя Молла, заклинаю тебя нашей дружбой, если дома у тебя сахару достаточно, то пусть, но если нет — возьми фунтов десять этого ярмарочного сахара. Положу две пачки, каждая по пять фунтов, две пачки составят как раз десять фунтов...

Все эти вещи Мешади-Рагим сложил в корзину, позвал с улицы носильщика, отдал ему из своего кармана десять копеек и сказал:

— Али-Гусейн, отнеси эту корзину к дяде Молле, выложи товар и принеси корзину обратно. Я был поражен.

— Что ты делаешь, Мешади-Рагим?.. — взмолился я. — Я не могу понять, что это все значит...

Конечно, я мог бы оставить все эти вещи в лавке и уйти, но я не сделал этого и только потому, что Мешади-Рагим уж очень просил, уж очень настаивал и мне просто стало жаль человека.

Взвалив корзину себе на спину, носильщик выжидающе взглянул на меня, как бы предлагая пойти вперед, а мне хотелось, чтобы он пошел без меня, но тут оказалось, что этот злодей не знает моего адреса. Делать было нечего.

Когда мы приближались к моему дому, нам повстречалась соседка, русская женщина. Увидев шагавшего за мной, согнувшегося под тяжестью носильщика, она с улыбкой проговорила: «здрасьте» и прошла мимо.

Что она могла подумать? Либо то, что у кого-нибудь из членов нашей семьи именины, либо же то, что я живу на широкую ногу. А между тем, оба эти предположения были неверны и далеко не соответствовали действительности.

Уже у самого дома заговорил и носильщик:

— Дай бог тебе здоровья, дядя Молла, хороших вещей накупил. Наверно, гостей ждешь!..

Тут мне стало очень стыдно перед носильщиком. Стыдно стало потому, что в эту минуту и в этом положении я, старый азербайджанский литератор, уподобился какому-то чревоугоднику мешади.

Впоследствии я послал Мешади-Рагиму часть денег. Остальную же часть своего долга я покрыл совсем недавно.

1925

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ədəbiyyat maraqlılarına müjdə

Gəncəli Məhəmmədzadə Abdulla Tofiq əfəndinin “Türk ədəbiyyatına bir nəzər” nam əsəri fevral ibtidasından etibarən hər ay başında bir risalə şəklində nəşrə başlanacaq. 25 risalədən ibarət olan bu əsər üç cild üzrə üç min səhifəlik ədəbi bir əsərdir. Türk ədəbiyyatının dövri-ətiq, dövri-təcəddüd və dövri cədidinə dair tarixi, ictimai ədəbi məlumatlar verəcək. Bu münasibətlə osmanlı üdəba və şüərasının haman həpsinin rəsmləri ilə bizə deyiləcək. Səlatini-osmaniyyədən bir çoxunun fotoqrafları da bunlar sırasında bulunacaq.Abunə, yəni müştəri dəftəri açıldı.

1 dəq
Ayineyi-millət

Yazanı Bakı müəllimlərindən Qafur Rəşad Mirzəzadə Şirvani, Bakı, 1908.İdarəmizə göndərilən həmin kitabça 32 səhifədən ibarətdir və Hacı İsrafil Aydəmirov cənablarının xərci ilə Bakıda bəradərani- Orucovların mətbəəsində səliqə ilə çap olunub.

2 dəq
Leyli xanım Şahtaxtlı

Sahib-mənsəblərimizdən məşhur İsa Sultanın qızı Leyli xanım Şahtaxtlı anadan olub 1886-cı ildə Kars şəhərində. 1902-ci ildə Tiflisdə qız institutunu qurtarandan sonra 1904-cü ilin sentyabr ayında gedib Şvetsariyaya və orada darülfünunun həkimlik şöbəsinə girib. Hacı Zeynalabidın Tağıyev cənablarının köməkliyi ilə üç il orada təbabət elmini oxumaqda idi. İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcək idi.Əfsus! Qismət olmadı.

1 dəq
Köhnə il

Adətdir, köhnə il qurtaranda və təzə il daxil olanda hamı qəzetələr köhnə ilin müddətində üz verən əhəmiyyətli vüquatı bir-bir yazıb oxuculara bildirərlər.Bu adətə biz də əməl eləyirik.

3 dəq

Başqa şairlərin şeirləri