Leyli xanım Şahtaxtlı
Sahib-mənsəblərimizdən məşhur İsa Sultanın qızı Leyli xanım Şahtaxtlı anadan olub 1886-cı ildə Kars şəhərində. 1902-ci ildə Tiflisdə qız institutunu qurtarandan sonra 1904-cü ilin sentyabr ayında gedib Şvetsariyaya və orada darülfünunun həkimlik şöbəsinə girib. Hacı Zeynalabidın Tağıyev cənablarının köməkliyi ilə üç il orada təbabət elmini oxumaqda idi. İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcək idi.
Əfsus! Qismət olmadı.
Leyli xanım keçən il dekabrın axırlarında Şvetsariyada soyuq-dəymədən vəfat elədi.
Yevropaya elm dalınca gedən müsəlman qızlarından Leyli xanımdan savayı biz özgəsini eşitməmişik.
Molla Nəsrəddinin arzularından xəbərdar olanlar gərək bilsinlər ki, bir belə vücudun yox olmağı bizim üçün bir dərddir.
Jurnalımızın səhifəsini mərhumənin surəti ilə bəzədik ki, gələcək Leyli xanımın vətən bacıları hər dəfə həmin vərəqi görəndə desinlər: Bu bacımız vəfat etdi, bəs insafdırmı bunun yeri boş qalsın? Rəvadırmı bundan sora Şvetsariyada elə bilsinlər ki, dünyada müsəlman qızı tək bircə imiş, dəxi dünyada müsəlman qızı yoxdur və bəlkə dünyada heç müsəlman yoxdur!..
Rəvadırmı?..
“Molla Nəsrəddin”, 28 dekabr 1908, № 52
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-leyli-xanim-sahtaxtli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bilmirəm söhbəti hardan başlayım. Deyirlər ki, Gədəbəy mədənində Şeyx Cəlil adında bir mərsiyəxan dünyada bir biclik qalmayıb ki, biçarə həmşəhərlilərinin başına gətirməmiş olsun. Bilmirəm nədənsə yaxşı mollalar yadıma düşəndə həmişə İrəvan qazisi Molla Məmmədbağır ağa yadıma düşür. Bir gün var idi, bir gün yox idi, bəli, məscid mövqufatını vəqf edənlərin varisləri ilə dilbir olmaq və rüşvət alıb, vəsiyyətnamələri gizlədib müddətini fövtə vermək ki, dəxi işə keçməsinlər. Xülasə, məscidə girib oğurluq eləmək. Nə eybi var, bunlar ötüşər. Ancaq bu dinsiz Molla Nəsrəddin hələ bilmirəm niyə bizim qazimizə sataşır?Məzə orasındadır ki, qazi cənabları bu işləri görəndən sonra yenə təşəxxüs ilə müsəlman camaatının içindən keçib gedəndə halına bircə zərrə də təğyir vermir. Çünki bilir ki, İrəvanda hər nə eləsən, keçib gedər. Amma gündə bir gəlib dostlarından soruşur ki, “görəsən, məni “padsud” verməzlər ki?”.
BaisBais, evin yıxılsın.Əlbəttə ki, dünyada pislik yerdə qalmaz, əlbəttə, zalımlar cəzalarını çəkəcəklər. Uşaqlıqda qonşumuz Fatma xaladan bir belə qarğış hər gün eşidərdim, deyərdi ki: “bais, evin dağılsın”.
Şeyx MəhəmmədLənətullah əla qövməzzaliminGecə saatı bir yerdə deyibdir ki, yesli odin tsar, yəni padşah bir bağdan bir yabloka zornan alıb yesə, yəni bir alma, toqda o vədə onun usluqları bağın derevyalarını sovsem kökündən rabatay eləyib çıxardarlar.
MənfəətMolla Nəsrəddinin müsəlmanlara zərəri dəxi aşkardır, bu barədə heç bəhs də ola bilməz.Amma bir para müsəlman qardaşlara jurnalımızdan hərdənbir böyük mənfəət də hasil olur. Belə ki, məsələn, Tiflisdən bu axır vaxtlarda iranlıların Əncüməninə üzvlər seçiləcək idi. Məlum şeydir ki, bizlərdə o kəslərə rəy verirlər ki, Allah bəndəsi, mömin və müqəddəs adam ola (və qayda belədir və belə də gərək olsun).
Başqa şairlərin şeirləri
Qul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
ای وجودت به ذات خود قایمذات پاک تو قایم و دایم
Bir səs gəlir uzaqdanBir səs gəlir uzaqdan, o yarmı gəldi dilə,Bir xəbərmi yollandı bu yaralı bülbülə?