Lənətullah əla qövməzzalimin

Gecə saatı bir yerdə deyibdir ki, yesli odin tsar, yəni padşah bir bağdan bir yabloka zornan alıb yesə, yəni bir alma, toqda o vədə onun usluqları bağın derevyalarını sovsem kökündən rabatay eləyib çıxardarlar.

Bu bir “primer”dir ki, təmsil üçün məsəl gətirdik ki, məsələn, Təbriz şəhərində, necə ki, uşaqlıqda birimiz çıxardıq bir daşın üstə və daşa söylərdik ki, “Ay daş, yeri”, o vədə o biri yoldaşımız daşın üstə çıxan uşağa deyərdi:

Eşşək qulaq, qaban baş, heç görmüsən yeriyə daş?

Yəni bu sözləri Təbriz dilinə tərcümə edəndə mənası bu olur ki, yastı qulaq, qırxıq baş, heç görmüsən ki, Mirzə Hüseyn kimi “vaiz” Əncümən üzvü ola? Yəni görmüsən ki, Seyid Mühəqqəq kimi baqqal Əncümən rəisi ola?

Bəli, keçək mətləbə.

Polojim ki, sən vaizsən, iki osyolun arpasını razdelit eləməyi bilməyə-bilməyə sən məhkəmədə sübuta yetirdin ki, Seyid Hüseyn gərək qətlə yetişə, potomu çto arvadların azadlığı yolunda məqalə yazıb.

Söz yox, əgər zibaği-rəiyyət məlik iskuşaye sibi o vədə hakimabad məhəlləsində də Şeyx Məhəmməd kimi ayıb olmasın (İbrahim bəy demiş kimi) axundlar da deyəcəklər ki, gərək bəhayi tayfasının uşaqların öldürmək necə ki, bir qədər vaxt bunda müddət haman Şeyx Məhəmməd bir bəhayinin övrətini ərindən zornan alandan sonra hələ hökm də eləyib ki, övrətini təzə boğduğu uşağı boğsunlar.

Eşşək qulaq qaban baş, heç görmüsən ki, günahsız uşağı öldürələr? Heç İspaniyada katolik “axundların”ın inkvizis zamanında belə vəhşiliklərə qol qoyardılar?

Şeyx Məhəmməd Təbrizi, pəh, pəh, pəh! Seyid Məhəmməd Şirvani, pəh, pəh, pəh! Adınız sizə qənim olsun, başınıza kül! Sizi görüm Şirvanlı hacı Əbdürrəhim əfəndi hacı Molla Abdullazadənin xeyirduasından məhrum olasınız.

Bari pərvərdigara sən bunların heç birinə axirətdə huri və qılmanların dırnağını da vermə.

Ax, proklyatıy çeloveklər!

Dəli

“Molla Nəsrəddin” 21 fevral 1910, №8

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Şirin rusi danışan

Bu gün bazarda bir urus gəlib bir nəfər bənna ilə əl-ələ verib. Bənna urusun əlindən əlin çəkib bir öpüb, öz əlin bir sağ gözünə, bir sol gözünə aparandan sonra belə bir-birilə söhbət etdilər:Rus – Nu, master, kak pojivayete?

1 dəq
İranlılara

Dünən İran əhlindən bir nəfər dostum mənə gör nə deyir, deyir: ay Molla Nəsrəddin, sən biz iranlıları istəmirsən.Dedim:

2 dəq
İran fəhlələrinin pulu hara gedir?

Keçən vaxtlarda Culfa qəsəbəsinə mənim çox vaxt yolum düşərdi. Hər dəfə orada olanda gömrükxana həyətinə girib, gömrükxana əməllərinə tamaşa edərdim.Məlumdur, İrandan Rusiyaya və Rusiyadan İrana keçənləri axtarırlar ki, sərhəddən o tərəfə, ya bu tərəfə kondrabat malı keçirtməsinlər. Çox vaxt payız fəsli görərdim ki, gömrükxana məmurları Rusiyadan İrana qayıdan İran fəhlələrini düzüb, bunların ciblərini axtarırlar. Fəhlələr özləri ciblərindən şeylərini çıxarıb və dəstmallarını açıb, düzərdilər yerə ki, qulluqçular gəlib görsünlər.

4 dəq
İbrət qalanlara

Bir böyük adam bizim Aşqabadda naxoş idi, mən getdim ona baxmağa. Evə daxil olub oturmuşdum ki, gördüm Əzrail varid oldu, mənə baxıb bir güldü, bu adamın başı üstündə oturub qəbzi-ruh buyururdu. Bu halda o adam mənə dedi: bəs niyə mən belə ölürəm? Mən dedim, dinmə, kəlmeyi-şəhadətin de, kəlmeyi-şəhadətini demədi, amma ölən adama bu sözü dedim:Qəd ətəlmövt yığışdır ta büsatın bir görüm,

1 dəq

Başqa şairlərin şeirləri · Satira