Bu gün bazarda bir urus gəlib bir nəfər bənna ilə əl-ələ verib. Bənna urusun əlindən əlin çəkib bir öpüb, öz əlin bir sağ gözünə, bir sol gözünə aparandan sonra belə bir-birilə söhbət etdilər:

Rus – Nu, master, kak pojivayete?

Bənna – İslavo boq xoroşi.

Rus – Ya jivu ploxo. Patomu u nas v Rossii istraşno bezporyadki.

Bənna – Maya iznayim ki, vot vaşi padşah iskazal qamzum yaman çalavert və qamzum poşolt arabatay, Molla Nəsrəddin adin qazet pişi orda basmatiri, amma ki, ay, ay, ay mojno vaşi padşah iskazalım, sən özün poşolt. Yesli mojno dumaye çto xoçim davay. Yesli ne budit dumay edə qarmaqali arabatay, sən də mənə vot maqlaşka davay, basmotrim çevo budit. Adin məsəl yest musalmanski ki:

Əgər xər nəyayəd bənəzdik bar,
Tü bari-kiranra benəzdi –xər ar.

Vot eşşək tavar nixoçiş, vot tavar eşşək davay.

Rus – Ah, ah, ah, verno, verno, master, – deyib getdi.

(İdarəyə bir belə rusi bilən lazım olursa buyuruz).

Dəli

“Molla Nəsrəddin”, 22 sentyabr 1906, №25

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mətbuat bayramı, yaxud tacgüzarlıq

Ola bilər ki, bəzi oxucularımız deyələr ki, “xub, bunun nə dəxli var, mətbuatın tacgüzarlığa nə rəbti ola bilər?”.Mən də, atalar deyən kimi: “Mal bir yerə gedər, güman min yerə”, mən də bir mətləbi ki, başlayıram, o mətləbi oradaca yarımçıq qoyub min yerə gedirəm; məsələn, mətbuat bayramından başlayıb tacgüzarlığa gedib çıxıram.

2 dəq
Xan hünəri

İçib keflənmək və kefli halda at minib fəqir-füqəranın evinə soxulmaq, oğul-uşağı qorxutmaq və hətta övrətləri təhqir etmək – bunlar qədim əsrdə xan hünəri hesab olunardı. Və çünki mən özüm qədim əsrin adamıyam, xanların bu hünərini mən öz gözümlə görmüşəm. Amma indi dəxi bu işlər rədd oldu getdi. İndi dəxi “xan qalmadı”...Ay sən öləsən!..

2 dəq
Bir qətrə göz yaşı

Bir tərəfdən sarıqlı axundlar düşüblər mömin müsəlmanların canına və onları inandırırlar ki, hər kəs imam yolunda bir qətrə göz yaşı töksə, axirətdə onun cəmi günahları bağışlanacaqdır. Avam camaat da bu sözlərə inanıb, mahi-məhərrəmdə kəsbkarını buraxıb, imam yolunda ağlamaqdan gözlərini kor edibdir ki, bəlkə axirətdə onun günahları bağışlana.Bir tərəfdən də mahi-məhərrəm yavuqlaşanda avam camaatın halına yanan cavanlar başlayırlar möminlərə dəlil-nəsihət eləməyə ki, elm və sənət dalınca getsinlər, yalançı axundlara inanmasınlar, imam yolunda gözlərinin işığını zay etməsinlər, çünki min gün və min gecə də imam yolunda ağlasan, bunun sənə bir çürük qəpikcə mənfəəti ola bilməz.

1 dəq
Traktor və əli şiəsi

Traktor ibarətdir elə bir maşından ki, onun dalına bir neçə kotan dəmirini bağlayırsan, bir saatın müddətində az qalır bir desyatin yeri əkib çıxsın başa.Əli şiəsi də ibarətdir elə bir yaranmışdan ki, onun gecə-gündüz fikri-zikri cənnətin qəbzini mollalardan yalvarıb istəməkdir.

2 dəq

Başqa şairlərin şeirləri · Satira