“Dəbistan” jurnalının əvvəlinci nömrəsinin 16-cı səhifəsində bir belə tapmaca yazılıb:

Üçü bizə yağıdır
Üçü cənnət bağıdır
Üçü yığıb toplasa
Üçü durub dağıdar.

Bu tapmacanı yazıb “Dəbistan”jurnalı xəbər verir ki, Salahlı kəndində Qurban bayramında Qarabağ aclarına yığılan pulların bir qədəri veriləcək haman tapmacanı tapan adama.

İdarədən:

Biz bu tapmacanı tapdıq:

“Üçü bizə yağıdır” – Bunlar Təbrizdə üç nəfər məşrutəçilərdi: Mirzə Cavad, Mirzə Hüseyn və Mirzə Ələkbər. Bunlar bizə ondan ötrü yağıdır ki, gündə camaatı məscidə cəm eləyib başlayırlar hürriyyət, mürriyyət sözləri ilə xalqın ağlını çaşdırmağa.

“Üçü cənnət bağıdır” – Bunlar da İmam Cümə, Fəxrül-üləma və Saidül-mülkdür.

“Üçü yığıb toplasa”-Bunlar da Məhv şəhərinin üç nəfər ağsaqqalıdır ki, hər il məscid və qəbristan adına fəqir və fürqəradan beş-altı yüz manat yığırlar və heç kəs də bilmir ki, pullar necə olur.

“Üçü durub dağıdar” – Bunlar da Gəncədə üç nəfər dua yazan molladır ki, bir müsəlmana rus həkimi dava verəndə xəbərdar olub kəsirlər naxoşun başının üstünü və dava şüşələrini vurub dağıdırlar.

“Molla Nəsrəddin”, 3 fevral 1907, №5

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bismilla xiragima nirragim

Dünən axşam tələsik bazara gecirdim ki, Kasbar ağanın mağazası qapanmamış, dükanıma bir az şey-şüy alam. Yolda qabağıma qonşu Məşədi Məhəmmədin oğlu çıxdı, dedi ki:– Dadaş, mən hamama gedirəm, gəl sən də bərabər gedək. – Dedim:

3 dəq
Bəzi işlər

Seyid Abdulla Bəhbəhani ki, əvvəllər özünü məşrutəpərəst qələminə vermişdi, bu yavıqlarda tehrana gəlib, təzə hökumətə bir ərzihal verib və yazıb ki, “bu axır vaxtlarda Tehranda üç pis adət əmələ gəlib: əvvəlincisi – övrətlərin küçələrdə görükməsi; ikincisi – camaatın projektora getməsi; üçüncüsü – evlərdə və divanxanalarda telefon ilə danışmaq”.Bu haman Seyid Abdulla Bəhbəhanidir ki, İranda məşrutənin əvvəlinci günlərində bunun adını qırmızı baydaqlara yazıb gəzdirirdilər.

1 dəq
Bikarlar bayramı

Məhərrəm ayı yetişdi. Məscidlər yavaş-yavaş dolacaq, sinələrin düymələri açılacaq, papaqlar başlardan götürüləcək, bitlər hərəkətə gələcək, keçəllərə hava dəyəcək, arvadlar töküləcəklər küsə və məscidə, uşaqlar doluşacaqlar qəndab təştinin ətrafına və ağlayıb qəndab istəyəcəklər. Məscid müdirləri keçəl başlarını qaşıyandan sonra çirkli əlləri ilə stəkanı uzadacaqlar qəndabın içinə və doldurub verəcəklər uşaqlara. Uşaq da başını təştin içinə tutub qəndabın yarısını içəcək, yarısını da ağzının yanından qaytarıb tökəcək yenə təştin içinə.Bu heyndə xəbər gələcək ki, “ədə, çəkil, çəkil, dəstə gəlir!” Qabaqdan bir şəxs – ağ köynək, bir əlində xəncər, bir əlində kağız oxuya-oxuya gəlir. Bunun dalınca bir dəstə adam – ağ köynək, əllərində xəncər, sinələri açıq, oxuya-oxuya sinə vururlar.

2 dəq
İcazeyi-ictihad

Cümə günü eydi-əhza münasibətilə, yəni qurban bayramının günü, Bakıda Məscidi-camedə və Bayır şəhərdə müsəlman qardaşlar ictima etdilər və bir yerdə bayram namazı qıldılar.Amma bu il keçən illər kimi olmadı; məsələn, keçən vaxtlarda oxumuşlarımızın heç biri nə rəməzanda və nə qurban bayramında camaata qarışıb bayram namazı qılmırdılar, ancaq bir para cüvəllağı oxumuşlarımız məhz avamı aldatmaq üçün məhərrəmlikdə dəstənin qabağına düşüb, sinə vura-vura yalandan dəstmalı gözlərinə basıb, ürəkdən gülə-gülə və zahirdə guya ağlaya-ağlaya dəstənin qabağında dolanırlar.

3 dəq

Başqa şairlərin şeirləri · Satira