Təbiət
Qırx beş ildir rəməzanı həmin şəkildə görürəm ki, hali-hazırda vardır: görürəm ki, tamam əhali səhərdən, axşama yarım [saat] qalanadək yuxudadır; tiçarət bağlı, darülfənn və darültərbiyələr qapalı, qiraətxanalar boş, idarələr məəttəl, tərəddüd yox.. .
Elə ki, iftara yarım saat qaldı, mömünlər ayılıb gözlərini silirlər və bir qədər oğul-uşaqla bədrəftarlıq və qapıya gələn saillərə kəmhövsələlik göstərəndən sonra, yeyib-içmək əsbabını fərahəm gətirməyə məşğuldurlar.
Axşam ki oldu, qarınlar ki doydu, çamaat tökülür küçə və bazara və dəxi sübhə təki yatmağa macal tapmır: qonaqlıq, qumar, eyşü işrət, kef, sazanda və nəvazəndə və qisim-qisim lotuluqlar: mütrüb, fahişə, bəzi-bəzi bazlıqlar!..
Budur, mahi-mübarək rəməzan! Budur, Allaha ibadət!
Sözüm orasındadır ki, bu qırx beş ilin müddətində rəməzan işlərimiz bir zərrəcə də təğyir tapmayıb və dünyada həmin əhval, təbiətə müxalif bir əhvaldır. Zira ki, dünya yaranandan bugünədək heç bir saniyə keçməyib ki, dünyada bir dəyişiklik olmasın. Dünyada bir şey yoxdur ki, bir dəqiqə və bir saniyənin ərzində baqi qalsın.
Lakin müvəqqəti zindəganlığın bir müvəqqəti fövtü var ki, arteriyalarda qan müncəmid olur və nəfəs kəsilir, necə ki su donanda suyun dirilik həşəratı candan düşür. Buna bizim türk dilində “ölüm” deyirlər.
Bir əhval ki, qırx beş ilin müddətində müncəmid olub təğyir tapmaya, – o əhvalın zindəganlıq mikrobları da nəfəsdən düşmüş olacaqlar. Bunun adı ölümdür.
İntihası bir ölüm var ki, orada yas qurub ağlarlar, bir ölüm də var ki, çamaat iştibah edib yas əvəzinə doluşar küçələrə və axşamdansəhərəcən dəli və divanə kimi zurna-qaval çalar.
Mənə qalırsa, ağlamağa bəhanə dəxi də artıqdır.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 6 rəməzan, 1339 (15 may 1921), №8
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-tebiet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Hara gedirsən, Məşədi Məhəmmədnəcəf?– Hamama.
Qəbirdən məktubFevral ayında əcəl şərbəti içib dünyayi-fanidən dari-bəqaya rehlət edən Yatyata şəhərinin mütəvəllisi Axund Hacı Molla Cəlil ağa həmin aprelin on birində öz ruhani yoldaşlarına bu məzmunda bir məktub yazıb göndərib:– Ey mənim yoldaşlarım! Mən sizdən incimişəm və səbəbi də budur: mən dünyada sağ ikən siz gündə yüz otuz iki dəfə mənə deyirdiniz:
Molla Nəsrəddinin xəlvət cavabıBakıda “Dəmdəməki”yəAy Dəmdəməki, sən lap dəlisən: kişi, necə qorxmadın o sözləri mənə yazdın? Məgər sən canından əl çəkibsən? Bəlkə mən o sözləri götürüb məcmuəmə yazaydım, onda canını hara qoyardın?
LüğətMolla Nəsrəddinin qamusül-əlamından:Ehtimal – Yəni birinin malına həmlə etmək. Həmin ləfz Gəncə, Quba, Qarabağ və Naxçıvan mahallarında çox işlənir. Xorasan və Məkkə yollarında dəxi mötaddır.
Başqa şairlərin şeirləri · Satira
Get, axund, bir qara əbayə bürün,Bir əlin millətin cibinə uzat.
Ucuz xatirələrYaxşı olar, olmasa bu sulu xatirələr,Uydurmayla, yalanla dopdolu xatirələr,
Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?1Ey əbri-siyəh, nuri nə təstir eləyirsən!
QurumsaqGörsən tanımazsan Yarımsaqqalı,Çıxıb əndazədən dövlətü-malı,