Anasız, babasız Ofelya kimiSaçları pərişan bir qızdır eşqim.Qəlbimin buludlu səmalarındaTitrəyən bir qərib ulduzdur eşqim!

Olmadan aşikar doğduğu yerdən,Böyük tanrı kimi düşmüş nəzərdən,Çöhrəsi gülməyən xarabalardanDaha qəmli, daha issızdır eşqim!

Həyata baxmamış gülümsər kimi,Hər bir hadisədən bixəbər kimi,Yad əllərdə qalan yetimlər kimiBaşı bəlalıdır, yalnızdır eşqim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri