Afərin olsun nigarın zülfü ilə qaşinə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Afərin olsun nigarın zülfü ilə qaşinə,Gər macal bulsam həbibin çövriləydim başinə.
Mənzilə irmək dilərsən, eşqi yoldaş eyləgil,İrmədi mənzilinə, kim baxmadı yoldaşinə.
Kə’bənin ehramına irməz hacının dəgməsi,Çizginir dər girdinə, sürtər üzünü daşinə.
Şol rəqibi görə idim çah içində bir kərə,Gilliyəydim başına şol səd həzaran daş yenə.
Ey rəqib, bir yerdə ölgil ki, bulunmaz aşü su,Qarğavü quzğun yığılsın leşinə, hey leşinə.
Buduna çıxsın ufalar, gözünə həm qara su,Tutulsun dilü qulağın, bir neçə daş dişinə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Dedilər, miskin Nəsimi, doğruya yoxdur zaval,Müddəilər qalib oldu, hazır olgil başinə.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-aferin-olsun-nigarin-zulfu-ile-qasine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yarımı ayırdı məndən çərxi-qəddar, iştə gör!Ürəyim pas oldu qəmdən, gəl içim yar, iştə gör!
Zühur eylədi cümlə əşyada həqZühur eylədi cümlə əşyada həq,Qanı bir bəsirətli, açıqnəzər.
Zülfün girehləri, sənəma, həlqə-həlqə tabZülfün girehləri, sənəma, həlqə-həlqə tab,Hüsnün qatında zərrəcə yox nırxi-afitab.
Zülfün gecəsi qədrdürür, al yanağın ayZülfün gecəsi qədrdürür, al yanağın ay,Merac üzün, sidrə boyun, qaşın iki yay.