Afitabın tələtindən mahi-taban ru tutar
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Afitabın tələtindən mahi-taban ru tutar,Çini-zülfündən Xətada nafeyi-ahu tutar.
Bilmənəm hurimisən, yoxsa məlaik, ya pəri,Kim ki gördü ay üzün şərməndə oldu, xu tutar.
Bər-kənari-çeşmimə basğıl qədəm, ey sərvinaz,Sərvə adətdir ki, məskən bər-kənari-cu tutar.
Görmüşəm, həm qanda kim, aslan qılır ahu şikar,Mən əcaib qalmışam, aslanları ahu tutar.
Çeşmimə dedim fərağından anın çox ağlama,Nagəhan tufan qopar, mülki-cahanı su tutar.
Mərg aman versə, əlindən qoyma dilbər damənin,Tutmasan, bilgil, əcəl ol xud səni niku tutar.
Qeyrət iltürmən ki, hindu bərgi-nəsrin yastanur,Xublara adət nədən, lələ müdam hindu tutar.
Müshəf açdım, falıma gəldi camalın ayəti,Əhli-tövhidin kəlamı falımı niku tutar.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ləblərinin şərbətindən bir qədəh sun, saqiya,Ləlini içdi Nəsimi, hər zaman bir ku tutar.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-afitabin-teletinden-mahi-taban-ru-tutar
← → düymələri ilə keçid, R — təsadüfi şeir