Allahü əkbər, ey sənəm, hüsnündə heyran olmuşam
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Allahü əkbər, ey sənəm, hüsnünə heyran olmuşam,Qövsü-qüzehdir qaşların, yayına qurban olmuşam.
Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir,Eşqində mən bülbül kimi aləmdə dəstan olmuşam.
Kövnü məkandan keçmişəm, mə’na şərabın içmişəm,Cananın üzün görmüşəm, başdan ayaq can olmuşam.
Də’vi mənəm, qazi mənəm, münkir mənəm, razi mənəm,Tağı mənəm, yazı mənəm, mən külli-dövran olmuşam.
Sufi mənəm, safi mənəm, kafi mənəm, şafi mənəm,Ərni mənəm, heyran mənəm, dərd ilə dərman olmuşam.
Zahid mənəm, abid mənəm, asi mənəm, fasiq mənəm,Mö’min mənəm, kafir mənəm, mən külli-insan olmuşam.
Uçmaq ilə rizvan mənəm, damu ilə neyran mənəm,Danan ilə nadan mənəm, həm inü həm an olmuşam.
Gəh çıxmışam İsa kimi, çərx üstünə oturmuşam,Gəh varmışam Yusif kimi, ol Misrə sultan olmuşam.
Məqtə — şairin təxəllüsü olan son beyt. Sərrafi-bəhri-qüdrətəm, yaquti-kani-vəhdətəm,Şimdi gərçi Nəsimiyəm, Haqq ilə yeksan olmuşam.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-allahu-ekber-ey-senem-husnunde-heyran-olmusam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Məndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Verəli dil o qarə tellərə naşad olubamVerəli dil o qarə tellərə naşad olubam,Qanlı yaş cari edib, qəmlərə mötad olubam.
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
Qəzəl: Könül ixlas tutmaq bivəfa cananə müşküldürKönül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür