Aləmdə bu gün əhdi bütün yar ələ girməz,Yandırdı tikən bağrımı, gülzar ələ girməz.

Ey xəstə könül, gör nə derəm, məndən eşit pənd,Dildarə həris olma ki, dildar ələ girməz.

Naqis məhək oldu, qamunun qəlbi dəğəldir,Bir sikkə dürüst, aricə dinar ələ girməz.

Timarə könül verməgil, ey sayru, həkim ol,Dərmanını dərd eylə ki, timar ələ girməz.

Ey aşiq, anın zülfünə yapış bu cahanda,Bir ancalıyın dilbəri-əyyar ələ girməz.

Çün qəm yeyirəm qəm degil, ey aşiq, əgər kimQəm yürəgə kar eylədi, qəmxar ələ girməz.

Gəl çöhrəsinin şəminə pərvanə kimi yan,Anın kimi can yandırıcı nar ələ girməz.

Səyyarə kimi seyr edərəm daim anınla,Şol seyr edici kovkəbi-səyyar ələ girməz.

Musa kimi gər aşiq isən, könlünü arıt,Saf olmayacaq ayinə, didar ələ girməz.

Ey axirətin darinə aşiq, bu səradənKeç kim, bu keçər ərsədə şol dar ələ girməz.

Məqtə — şairin təxəllüsü olan son beyt. Əlfazi-Nəsimi bu gün ol möcüzədir kim,Bənzər ana bir lölöi-şəhvar ələ girməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq