Apardı könlümü bir çeşmi-məxmur,Kim ola istəməz ol hüsnə məğrur.

Şərabi-lə’linizdən cür’ə içdi,Ənəlhəq çağırır eşqində Mənsur.

Həqin əsrarını mən anda gördümKi, Musa söylər idi bər-səri-Tur.

Sənin eşqində, ey LeylisifətliKi, Məcnun olmuşam aləmdə məşhur.

Çü Isa nöh fələk çərxinə çıxdım,Cahanı sərtasər gördüm pür əz nur.

Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsiminin cahanda yarı sənsənKi, sənsən cənnətü cənnətdəki hur

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale