Canımın, cana, vüsalın can içində canıdır,Cana canü cana canü canü həm cananıdır.

Yarəb, ey sərvi-rəvan, hüsnün nə gülşəndir kim, olBülbüli-ruhül-əminin bağı həm bostanıdır.

Qamətin, yarəb, nə tubadır, nə cənnətdir üzünKim, yəqin əhli-behiştin rövzeyi-rizvanıdır.

Bəxtili Xızr imiş, ol dövlətligün, fərxəndəfalKim, dodağın səlsəbili çeşmeyi-heyvanıdır.

Gözlərin dövründə düşdü qülqülə aləmdə çün,Sürsün ol dövranı kim, dövran anın dövranıdır.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bəhri-eşqində Nəsimi gör necə qəvvasdır,Gövhəri-yekdanə buldu, bəhri-bipayanıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq