Dodağın qənd imiş, bal anda neylər?Nə nazik xətt imiş, xal anda neylər?

Yedi hərf oldu çün hər bir vərəqdə,Əlif ya lam əlif dal anda neylər?

Sufi ətləs geyər, zahid səqərlat,Fəqirin geydiyi şal anda neylər?

Kimin ki yoxdurur gənci-nihanı,Ya anca mülk ilə mal anda neylər?

Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsimi nara düşdü yar əlindən,Bu özgə hal imiş, qal anda neylər?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri