Düşdü könül ala gözün ağınavü qarəsinə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Düşdü könül ala gözün ağınavü qərasinə,Ayrıq anınla kimsənin ağı nədir, qərasi nə?
Gəldi fəğanə can yenə ney kimi, suzü dərd ilə,Kim nə bilir bu xəstənin dərdi nədir, dəvasi nə?
Türrəsinin cəfalərin sorsa bu mübtəlayə kim,Eyləmişəm fəda anın canımı hər bəlasinə.
Çünki cəfasız, ey könül, kimsə murada irmədi,Cövrə təhəmmül eylə, dur şol sənəmin cəfasinə.
Nurü səfa içindəyəm qərğə, vəli, bu halətiOl nə bilir ki, düşmədi mehri-rüxün həvasinə.
Yekcəhət olğıl, ey könül, canü cəhanə ur qəfa,Yüzünü doğru dut həqə, ur qamunun qəfasinə.
Hüsnü cəmalə baxmağa ari səfa nəzər gərək,Düşməsin arisiz nəzər ayinənin səfasinə.
Dilbər əlində aşiqin qətli nədən həram ola,Aşiqə çün həlal edər vəslini qan bəhasinə?
Məqtə — şairin təxəllüsü olan son beyt. Çün bu yalançı dünyanın aqibəti fəna imiş,Keç qamudan Nəsimitək, baxma anın bəqasinə.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-dusdu-konul-ala-gozun-aginavu-qerasine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Haçanacan aman çəkim,Bu zalım hicran əlindən,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
QayıtmaSəni xatırlaram ömrün başında,Barmağın son dəfə dəyəndə simə.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,