Əhdə vəfa eylədi yari-vəfadarımız
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Əhdə vəfa eylədi yari-vəfadarımız,Yar ilə gör kim, necə düşdü əcəb karımız.
Eşqi-cəmalın məni kəndüdə məhv eylədi,Oldu tamam uşbu gün eşq ilə bazarımız.
Qəmzələrin sirrini canda dedim saxlayım,Daşrə buraxdı könül pərdədən əsrarımız.
Eşqə əlac istəmə, dərdinə səbr eylə, dur,Gör ki, nə dərman qılır yari-dilazarımız.
Kim ki, səni sevmədi, eşqinə can vermədi,Yoxdur anın həqqinə zərrəcə iqrarımız.
Zahid əgər aşiqə münkir olur, qəm degil,Həq bizə oldu əyan, qalmadı inkarımız.
Əhdə vəfa eyləgil, ta deməsin müddəi,Qövlü qərar üstünə durmadı dildarımız.
Batinə kar eylədi eşqi-rüxün şoylə kim,Tə’nə urar altunun rənginə rüxsarımız.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gərçi Nəsimi sözün dadını verdi, vəliDadə gətirdi anı ləfzi-şəkərbarımız.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-ehde-vefa-eyledi-yari-vefadarimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Bu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Mən istərəm bu meydanda nər indiAy ağalar, gəlim sizə söyləyim,Mən istərəm bu meydanda nər indi.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Kül yarpağı, o ləli-dirəxşanə oxşamazKül yarpağı, o ləli-dirəxşanə oxşamaz,Bülbül fəqanı çəkdiyim əfqanə oxşamaz.