Ənbərin zülfün, nigara, bağladı divanəni,Şəm’i-vəhdətdir camalın, yandırır pərvanəni.

Ey üzün qədrü cəmalın rəhmətən lil-aləmin,Məscidə varman bu gün, arzulaman meyxanəni.

Abi-kövsərdir dodağın, mə’dəni-ruhülqüdüs,Aşiqə sun arifanə, saqiya, peymanəni.

Zahidi-zərraqı hər dəm oda yandırmaq gərək,Gərçi məndən eşidərsən şeyx həm mövlanəni.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Nəsimi, satmagil sən cahilə dürri-ədən,Cahilü nadan nə bilsin qiyməti-dürdanəni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq