Ey rüxün gülzari-cənnət, saçların reyhanıdır
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey rüxün gülzari-cənnət, saçların reyhanıdır,Ey dodağın abi-heyvan can anın heyranıdır.
Surətin lövhündə həq çəkmiş kəmali-qüdrətin,Əhsən, ey surət, kəmahı qüdrəti-rəhmanidir.
Gəl ki, yandırdı məni hicrində eşqin atəşi,Şərbəti-vəslin bu dərdli xəstənin dərmanıdır.
Mö’minin qəlbindədir əhli-yəqinin rövzəsi,Arifi-əsrari-həq şol rövzənin rizvanıdır.
Ey ki, hüsnündür kəmali-qüdrəti-rəhmanımız,Qüdrəti-rəhmana heyran olmayan şeytanidir.
Dilbərin yolunda sən gər əhl olursan, can fədaTərki-can etmək yolunda ömri-cavidanidir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Nəsimi, həq sənə oldu çü Fəzli-müstəan,Şükri-əyyami-vüsalü rəhməti-rəhmanidir.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-ey-ruxun-gulzari-cennet-saclarin-reyhanidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir