Ey üzün nuri-təcəlli, məniyi-iman budur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey üzün nuri-təcəlli, mə’niyi-iman budur,Hər kim iqrar eyləməz, insan degil, heyvan budur.
Sün’ü biçun eylədi zahir üzün, yüz afərin,Yoxdur anda sirri-peyda, nükteyi-pünhan budur.
Görmüşəm ziba üzünü, surəti-rəhmandurur,Sormuşam lə’li-ləbini, dərdimə dərman budur.
Leylətül-me’rac zülfün, qabə qövseyndir qaşın,Hər kişi kim, oldu layiq, eydinə qurban budur.
Surətin lövhündə yazmış nəqşbəndi-kafü nun,Ayəti-Allahu nurən, höccətü bürhan budur.
Surətin vəchində buldu, bildi arif sirrini,Bilmədi qafil bu sirri, cahilü nadan budur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Söylədi zahir Nəsimi şe’rini, verdim cavab:Ruhi-qüdsü qıldı təhsin, dedi kim, Salman budur.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-ey-uzun-nuri-tecelli-meniyi-iman-budur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Şol mübarək zatına işim sənadır, ya nəbi,Asilik bimarına adın şəfadır, ya nəbi.
ElərEy ağalar, məni neçin qmarsız?Eyləsə dərdimə bıı dərman elər.
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi