Hər kim ki, müştaq olmadı şol dilbərin didarinə,Yetişmədi Musa kimi anəstünarın narinə.

Yarın liqasın istəgil, canını vergil vəslinəKim, şol nigara, çox degil, sən qalma dünya varinə.

Qalü bəladə yar ilə qövlü çü qıldın, ey könül,Qövlündə sadiqdir ki, mən inanmışam iqrarinə.

Yarəb, nə şəm’in nuridir gülgün yanağın, ey qəmər,Kim, noh fələk pərvanədir şol surətin ənvarinə.

Çün dünya cifədir dedi həqqin rəsulu, talibi,Çün kəlb imiş, gəl fariğ ol, baxma anın murdarinə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ol dilbərin yolunda tərk etdi Nəsimi canını,Bil çox deyil canü cahan gər tərk edərsə yarinə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq