Mənim rəhbanımü deyrim, səlibim, dinim, imanım
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Mənim rəhbanımü deyrim, səlibim, dinim, imanım,Həbibim, rahətim, ruhim, rəfiqim, munisim, canım.
Nurumsan, zülmətim, narım, şəbimsən, rövşənim, şəm’im,Münəvvər nurumü hurim, nəimü xüldü rizvanım.
Təbibim, şərbətim, dürdüm, nabatım, şəkkərim, qəndim,Əlacım, mərhəmim, çarəm, Calunis ilə Loğmanım.
Bənbövşəm, sünbülüm, vərdim, rəyahin, zanbağım, laləm,Əbirim, ənbərim, udum, gülüm, qönçəm, gülüstanım.
Kitabım, müshəfim, dərsim, hədisim, əbcədim, lövhüm,Səlatım, taətim, zöhdüm, savabım, həccü ərkanım.
Rəmimü gorumü cismim, dü eynim, fikrimü əqlim,Amanım, adətim, fitnəm, təbiət ünsürü qanım.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsimi çün səni buldu, kəsildi cümlə varından,Hamudan sevgilim sənsən, mənim sərvi-xuramanım.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-menim-rehbanimu-deyrim-selibim-dinim-imanim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Yoxdur mənə səndən uca, səndən böyük insan,Rəhmət sənə, rəhmət, Ata, insanlığa şansan!
Gizli sevgiBəzən saatlarla mən düşüncəyə dalıram,Uzaqlara həsrətlə baxa-baxa qalıram.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Könlüm səni istərYüz gər mənə canan ola, könlüm səni istər,Yüz afəti-dövran ola, könlüm səni istər