Qışdır... Yağır bayırda qar...Ağ geyinib dərə, düzən.Pəncərəmi döyür çinar,Deyir çinar:— Burax gəlim qızınım mən!

Yaydır... Evdə bir isti var,Bir isti var,Gəl görəsən!Pəncərəmi döyür çinar,Deyir çinar:— Çıx, sərinlən kölgəmdə sən!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri