Duyğu da daşlaşarÜrək daş olsa,Suda erkən batan qəvvasa dönər.Paxıllıq ani bir qələbə çalsa,Cəzası bir sonsuz qisasa dönər.

Vicdan hakim olar,Sənsə günahkar,O vaxt and-amanın nə köməyi var?

Qalın cəngəllikdə əgər ki, azsanBarı sən özünə tanış iz ara!Əgər başqasına sən quyu qazsanÖzün düşəcəksən gec ya tez ora!

Əlbəttə dünyadaBu cəza haqdır,Kim səni quyudan çıxaracaqdır?

Buzlar da əriyib axar, unutma,Tanrı şimşəkləri çaxar, unutma!Namərdi yandırıb yaxar, unutma,Etdiyin qarşına çıxar, unutma!

Deyərsən: gördüyümNə aymış, ilmiş?Taledən qaçmaqsaMümkün deyilmiş!

27 noyabr 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri